Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib: 200 minə yaxın əməliyyatın qarşısını alınıb

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib: 200 minə yaxın əməliyyatın qarşısını alınıbMəlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur. 
Marja.az xəbər verir ki, bu, Kapital Bank-ın yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, təəssüf ki, bu mövzuda adı hallanan banklardan biri də 5 milyondan çox müştərisi olan ölkənin birinci bankı Kapital Bank-dır. Müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar. 
"Qeyd edək ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur. Bu səbəbdən də bank müştərilərini kibertəhdidlərə qarşı diqqətli olmağa çağırır. Məlumat üçün bildirək ki, 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub. Ötən il bank tərəfindən 105 web-sayt, 1000-ə yaxın sosial şəbəkə hesabının dələduzluq fəaliyyətinin qarşısı alınıb. 
Kapital Bank üçün müştərilərinin təhlükəsizliyi əsas prioritetlərdən biridir. Bunun üçün bankda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi var. Həmçinin kibertəhlükəsizlik insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmi qurulub. Bununla da bank əməkdaşları 24 saat ərzində kibertəhdidləri izləyir, təhlükəli məqamlarda müdaxilə edirlər. Bu, müştəri məlumatlarının müstəqil olaraq qorunmasını və operativ şəkildə cavab verilməsini təmin edir. Eləcə də mobil tətbiqin təhlükəsizliyi üçün DevSecOps modeli tətbiq edilir.
Bütün bunlara baxmayaraq kimerdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Bu səbəbdən  Kapital Bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kart məlumatlarını daxil etdikləri platformaların təhlükəsziliyinə əmin olmalarını, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik", - məlumatda deyilir. 

Banklar     Tarix: 18 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank