Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib: 2024-cü ildə 198 734 əməliyyatın qarşısını alınıb

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib: 2024-cü ildə 198 734 əməliyyatın qarşısını alınıbMəlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur.
Təəssüf ki, bu mövzuda adı hallanan banklardan biri də 5 milyondan çox müştərisi olan ölkənin birinci bankı Kapital Bank-dır. Müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar.
Qeyd edək ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur. Bu səbəbdən də bank müştərilərini kibertəhdidlərə qarşı diqqətli olmağa çağırır. Məlumat üçün bildirək ki, 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub. Ötən il bank tərəfindən 105 web-sayt, 1000-ə yaxın sosial şəbəkə hesabının dələduzluq fəaliyyətinin qarşısı alınıb.
Kapital Bank üçün müştərilərinin təhlükəsizliyi əsas prioritetlərdən biridir. Bunun üçün bankda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi var. Həmçinin kibertəhlükəsizlik insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmi qurulub. Bununla da bank əməkdaşları 24 saat ərzində kibertəhdidləri izləyir, təhlükəli məqamlarda müdaxilə edirlər. Bu, müştəri məlumatlarının müstəqil olaraq qorunmasını və operativ şəkildə cavab verilməsini təmin edir. Eləcə də mobil tətbiqin təhlükəsizliyi üçün DevSecOps modeli tətbiq edilir.
Bütün bunlara baxmayaraq kimerdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Bu səbəbdən Kapital bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kart məlumatlarını daxil etdikləri platformaların təhlükəsziliyinə əmin olmalarını, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik. / banker.az

Banklar     Tarix: 18 yanvar 2025

Oxşar xəbərlər

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarəti

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli


iqtisadi xeberler biznes krediti biznes qurmaq avtomobil xeberleri dollar məzənnəsi