Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank nümayəndələri ®Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla 30-dan çox işgüzar görüş keçiriblər.
İlk dəfə Mayami şəhərində keçirilən konfransın əsas mövzusu "Digital finance for AI-driven economies" ("Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə") olub. Dörd gün davam edən tədbirdə "Süni intellekt və innovasiyalar", "Ödənişlər", "Ticarətin maliyyələşdirilməsi", "Rəqəmsal aktivlər", "Kibertəhlükəsizlik", "Məlumatların idarə edilməsi" və "Maliyyə sektorunda dayanıqlılıq" kimi mövzular müzakirə edilib.
Kapital Bank nümayəndələrinin keçirdiyi görüşlər beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb. "Sibos" kimi qlobal platformalar banklara beynəlxalq maliyyə sektorundakı yenilikləri yaxından izləmək, tərəfdaşlarla fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.
Kapital Bank beynəlxalq maliyyə platformalarında iştirakı və tərəfdaşlıq əlaqələrinin inkişafı vasitəsilə müştərilərinə təqdim etdiyi xidmət və imkanları genişləndirməyə yönəlmiş fəaliyyətini davam etdirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / banker.az

Banklar     Tarix: 05 oktyabr 2026

Oxşar xəbərlər

Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə

Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorlarına verilmiş kreditlərin ümumi həcmi 2026-cı ilin avqustunun sonunda 520,8 milyon manat təşkil edib. Mərkəzi Bankın statistik məlumatlarına istinadə

Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) boyunca yerləşən 16 ən prioritet və genişmiqyaslı infrastruktur layihəsinin ümumi dəyəri 25,1 milyard ABŞ dollarına çatır. Bu barədə Dünya Bankının "İnteqrasiya

Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib

Azərbaycanda ticarət və xidmət sektoruna verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten – 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayını

"Bank Respublika"nın nizamnamə kapitalı artırılır - 320 MİLYON MANATA ÇATACAQ

"Bank Respublika"ASC-nin nizamnamə kapitalının daha 39 546 542 manat və yaxud 19,7 % artırılaraq 200 751 530 manatdan 240 298 072 manata çatdırılması planlaşdırılır. Məlumata görə, kapital artımı Bankın dövriyyəd

Azərbaycan-Oman İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq. bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir

Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib

2026-cı ilin Avqust ayında Real Vaxt Rejimində Hesablaşmalar Sistemində (AZIPS) 202,3 min əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbə

20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalana

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib. Azərbaycan Respublikasının Ekologiya və Təbi

Tikinti sektoruna verilən kreditləri kəskin artıb

Azərbaycanda tikinti sektoruna verilən kreditlər sürətlə artıb. Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda banklar və qeyri-bank təşkilatlarının inşaat və tikinti sektoruna kreditlər


iqtisadi xeberler emlak xeberleri iqtisadiyyat xeberleri bitcoin biznes ideyalari