Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub®Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman gənclərin təhsil imkanlarının inkişaf etdirilməsinə dəstək göstərir. Bu dəfə Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən "Sabirabad Rəqəmsal İnkişaf" (SİRİ) layihəsinin 2-ci buraxılışına Kapital Bank da qoşulub. Kapital Bank "SİRİ" layihəsinə qoşularaq təlimlərdə istifadə etmək üçün 6 ədəd notebook və 1 ədəd rəngli printer hədiyyə edib. 
7 dekabr 2022-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin, Milli Məclisin deputatı Kamal Cəfərovun, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovun iştirakı ilə "SİRİ" layihəsinin 1-ci buraxılışının məzunları ilə görüş keçirilib. Tədbirdə sabirabadlı gənclər "SİRİ" layihəsinin təşkilatçılarına təşəkkür etdilər və layihənin davam etdirilməsini xahiş etdilər. Görüşdə "SİRİ" layihəsinin 2-ci buraxılışının 2023-cü ilin mart ayında başlanması və 1-ci buraxılışda yüksək nəticə göstərən məzunların bu prosesə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, layihənin məqsədi gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və əmək bazarı üçün kadr potensialının artırılmasıdır. 2022-ci ilin yay aylarında Sabirabaddan olan 180 nəfər gənc arasından müvafiq test və müsahibə aparılaraq, onlardan 10 nəfər iştirakçı qisminə seçilib. Gənclər üçün təlimlərin keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında müvafiq şərait yaradılıb. Nazirliyin mütəxəssisi həftədə 3 dəfə gənclərə onlayn formada, 1 dəfə isə Sabirabada səfər etməklə "FrontEnd" istiqaməti üzrə təlimlər keçib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulubKapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub/ banker.az

Banklar     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri