Kapital Bank sahibkarların məsafədən imzalaya bildiyi sənədlərin sayını artırdı

Kapital Bank sahibkarların məsafədən imzalaya bildiyi sənədlərin sayını artırdı(®) Xəbər verdiyimiz ki, Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir. Xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri, hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların bütün öhdəlik müqavilələri, dövlət qeydiyyatına alınmayan girov müqavilələri və bu növ digər bütün sənədlər üz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.

Həmçinin 1 nəfərdən artıq təsisçisi olan şirkətlərin təsisçi qərarları da məsafədən imzalana bilər. Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır və bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər-hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşmalı idi.
Yeniliklər çərçivəsində artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayırlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılır. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir. Bu xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər. / marja.az

Banklar     Tarix: 21 sentyabr 2022

Oxşar xəbərlər

Kapital Bank "Mashreq Bank"la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir

Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz tarixində ilk sindikatlaşdırılmış kredit sazişini imzalayıb. xəbər verir ki, Körfəz regionunu

Kredit faizlərinin yüksək olduğu regionların siyahısı

Azərbaycanda fəaliyyət göstərən bankların 2024-cü ilin oktyabr ayının 1-nə kredit qoyuluşları 29 mlrd. 276 mln. manat təşkil edib. xəbər verir ki, bunun 75.9%-i və ya 22 mlrd. 232 mln. manatı Bakı şəhərinin payına düşüb

Unibank "YAŞAT" Fonduna 100 000 manat ianə edib

Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Zəfər Gününün 5 illiyi qeyd olunur. Bu münasibətlə Unibank KB ASC Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, "YAŞAT" Fondunun keçirdiy

Rəsmi valyuta məzənnələri

Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb. 13.11.2025 tarixinə qeyd edilən valyuta məzənnələrini təqdim edir:

Bankların iflas proseduru çərçivəsində aktivlərinin ƏDV-dən azad olunma müddəti artırılır

Bankların iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad olunma müddəti daha 5 il uzadılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilə

5 bankın hər birinin 9 aylıq əməliyyat mənfəəti 58 milyon manatdan çoxdur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat mənfəəti 58 milyon manatdan çox olub. Bunlar, "Azərbaycan Beynəlxalq Bankı" (408,8 milyon manat), "Kapital Bank" (375,2 milyo

Bayram günlərində bu banklar və "exchange"lər işləyəcəklər

2025-ci ilin 8 – 11 noyabr tarixləri qeyri-iş günləri hesab olunsa da bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. xəbər verir ki, bayra

Azərbaycanda 5 bankın 9 aylıq qeyri-faiz gəlirləri 35 milyon manatdan çoxdur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin qeyri-faiz gəlirləri 35 milyon manatdan çox olub. Bunlar "Kapital Bank" (463,6 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (326,5 milyo

Azərbaycanda 5 bankın 9 aylıq faiz gəlirləri 185 milyon manatdan çoxdur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin faiz gəlirləri 225 milyon manatdan çox olub. Bunlar, "Kapital Bank" (874,7 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (805,6 milyon manat)


iqtisadi xeberler valyuta kurslari emlak xeberleri biznes xeberleri birbank