Kapital Bank SWIFT-in Milli İstifadəçi Qruplarının iclasına qatıldı

Kapital Bank SWIFT-in Milli İstifadəçi Qruplarının iclasına qatıldı®Xəbər verdiyimiz kimi, Kapital Bank 10–13 oktyabr tarixlərində Niderland krallığının Amsterdam şəhərində keçirilən ənənəvi "Sibos 2022" sərgi-konfransında iştirak edib. "Sibos" səfəri çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynal Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) Milli İstifadəçi Qruplarının iclasına qatılıb.
Müxtəlif ölkələr üzrə koordinatorların iştirakı ilə keçirilən SWIFT-in yığıncağında beynəlxalq ödənişlər sahəsində gündəmdə olan mövzular və gələcəkdə keçiriləcək layihələr müzakirə olundu, təqdimatlar keçirildi. Tədbir iştirakçıları yerli bazarlarda SWIFT-in tətbiq olunmasına dair öz təcrübələrini paylaşdılar, texniki və əməliyyat məsələləri ilə bağlı fikirlər bildirdilər. İclasda çıxış edən Nahid Zeynal SWIFT-in Azərbaycandakı fəaliyyəti, həmçinin ölkədə ödənişlər sahəsində uğurla həyata keçirilən layihələr və yeniliklər barədə öz beynəlxalq həmkarlarına məlumat verdi. 
Qeyd edək ki, SWIFT banklar arasında məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemidir. Sistemin biznes imkanlarının təşviqi məqsədilə SWIFT-in Milli İstifadəçi Qrupları fəaliyyət göstərir. Kapital Bank-ın Baş İnformasiya İnzibatçısı Nahid Zeynal 2017-ci ildən SWIFT-in Azərbaycan üzrə İstifadəçilər Qrupunun rəhbəridir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 13 oktyabr 2022

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler online pul qazanmaq bitkoin leobank kart birbank