Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir®Ölkənin Birinci bankı Kapital Bank Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez gündəmə gəlir. Bu layihələr sırasında "Təhsilə dəstək" istiqaməti xüsusi yer alır. 
Bankın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən "Kapital Bank" otaqları fəaliyyət göstərir. Burada tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı, vaxtaşırı bankda çalışan peşəkar mütəxəssislər tərəfindən təlimlərə cəlb olunur, eyni zamanda iş dünyasında uğur qazanan peşəkar insanlarla ustad dəsrlərinə qoşulub fikir mübadiləsi aparırlar. Bu istiqamətdə növbəti təlim Bakı Mühəndislik Universitetində və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində keçirilib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Ötən günlərdə Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev "Uğur layihəsi və müasir bankçılıq" mövzusunda Azərbaycan Texnologiya Universitetinin tələbələrinin qarşısında çıxış edib. Təlimdə "Vaxtın doğru idarə edilməsi", "İş həyatında emosional intellektin və yumuşaq bacarıqların rolu", "Bankçılığın müasir tendensiyaları", "Rəqəmsallaşma" kimi mövzular müzakirə edilib. 50 nəfər tələbənin qoşulduğu təlim interaktivliyi və gənclərin aktiv iştirakı ilə yadda qalıb. 
Bakı Mühəndislik Universitetinin tələbələri isə 3 günlük silsilə təlimlərdə iştirak ediblər. Ali məktəbdə fəaliyyət göstərən Kapital Bank otağında baş tutan təlim müasir dövrün qlobal istiqamətlərindən biri olan "Kibermüdafiə" mövzusuna həsr olunub. Təlimin ilk günündə bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov "Kibertəhlükəsizlik sahəsində karyera" mövzusunda öz biliklərini tələbələrlə bölüşüblər. Kibertəhlükəsizlik fakültəsinin 1-ci kurs tələbələrinin iştirak etdiyi təlimdə bu istiqamətdə karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri müzakirə edilib. 
Kapital Bank-ın Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssisi Oqtay Nəbili "Kiber hücumların anatomiyası" mövzusunda təlimin ikinci günündə tələbələrlə görüşüb. Proqramın son günündə "Tətbiqi proqramların təhlükəsizliyi" mövzusunda tələbələrin suallarını bankın bu sahə üzrə mütəxəssisi Fərid Lalayev cavablandırıb. 
Sonda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— ,  Birbank kartı sifarişi üçün — .   / banker.az

Banklar     Tarix: 07 noyabr 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler leobank kart emlak xeberleri valyuta mezennesi rubl mezenne