Kapital Bank "TIME" jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

Kapital Bank ®Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan "TIME" jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb. 
Müsahibədə Hüseynov Kapital Bank-ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də Kapital Bank-ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.
Kapital Bank-ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən Hüseynov, bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb. "Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. Kapital Bank-ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyan əməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onların rifahına da önəm verməyin vacibliyini anlayırıq". O, həm də 5000-dən çox əməkdaşı ilə Kapital Bank-ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.
Eyni zamanda gələcəyə baxışla bağlı danışan Hüseynov, Kapital Bank-ın daim inkişaf etməkdə olan texnologiyaları tətbiq etməklə müştərilərinə daha müasir və rahat bank xidmətləri təqdim etməyə davam edəcəyini bildirib. O, bankın həm yerli, həm də beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcəyinə və Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib. 
Məqaləni oxumaq üçün:  
Qeyd edək ki, 1923-cü ildən nəşr olunan "TIME" jurnalı dünyanın ən geniş oxucu kütləsinə malik həftəlik media orqanlarından biri hesab olunur. Jurnalın 2024-cü ilin son günlərində çıxan bu sayı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu buraxılış tarixdə ilk dəfə olaraq Donald Trampın ikinci dəfə "İlin Adamı" seçilərək jurnalın üz qabığında yer alması ilə xüsusi əhəmiyyət kəsb edir.   / banker.az

Banklar     Tarix: 14 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya