"Kapital Bank"dan limit açıqlaması

"Müştəri davranışlarına uyğun olaraq bir qism müştəridə fərdi yanaşma nəticəsində müxtəlif limitlər tətbiq edilir".
Marja.az xəbər verir ki, bu barədə "Kapital Bank" məlumat yayıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Məlumatda deyilir:
"Yerli maliyyə bazarında innovativ həllərin ilk yaradıcılarından olan Kapital Bank milyonlarla müştərisinə rəqəmsal üstünlüklər təklif edir. Xüsusən də köçürmələr istiqamətində müştərilərinin tələbini qarşılayan bank, rəqibləri arasında ilk sıralarda yer alır.
Belə ki, banka məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz və kommisiyasızdır. Yəni, Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Digər yerli bank kartlarına köçürmə edənlərsə şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər. 
Qeyd edək ki, müştəri davranışlarına uyğun olaraq bir qism müştəridə fərdi yanaşma nəticəsində müxtəlif limitlər tətbiq edilir. Həmin müştərilər Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bu haqda ətraflı məlumat ala bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatlarına daxil olaraq "Xərclər üzrə limit" bölməsindən şəxsi limiti görmək  mümkündür.  SMS və ya Birbank tətbiqində bildiriş almayan müştərilərsə kartın üstünlüklərindən hər zaman olduğu kimi istifadə edə bilərlər.
Həmçinin ölkənin dörd bir yanında olan 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə maliyyə əlçatanlığı təqdim edir. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız mədaxil şansı da yaradır.
Eyni zamanda Birbank taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. Üstünlüklərlə dolu Birbank Star kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.
Birbank kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, "Wolt" tətbiqindən, partnyor mağazalardan və mollarda yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olar.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir"

Banklar     Tarix: 18 noyabr 2025

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu