Kartlar ilə bağlı yeni məhdudiyyətə aydınlıq gətirildi - AÇIQLAMA
Ödəniş kartı və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) açıqlama yayıb.
Marja xəbər verir ki, açıqlamada deyilir:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər ödəniş kartlarının sayı ilə bağlı ictimaiyyətdə yaranan sualları nəzərə alaraq, aşağıdakı məsələlərə aydınlıq gətirmək istərdik.
ABA tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisnaolmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, müştərilər tərəfindən ödəniş kartının istifadə məqsədi barədə banka ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda müştərilərə bir məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi banklar tərəfindən sərbəst şəkildə təmin olunur.
Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir. / marja.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
İKEA şirkətinin tarixi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
SWIFT nədir?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı