Kartların sayı 15 milyona yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 2,2 dəfə artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14 milyon 741 min ədəd təşkil etmişdir.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.6% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 17.3%, kredit kartları üzrə 27.3% təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 424 min, digər kartlar isə 1.7 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artmışdır.
2023-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 mlrd. 930 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 3 mlrd. 97 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 826 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52%-ni təşkil etmişdir. Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 2.6 %, POS-terminalların sayı 16.1 % artmışdır. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
1000 manatla hansı biznesi qurmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
"Freelance" nədir?