Kartmane taksit kartı istifadəçiləri üçün "Novruz payı" kampaniyası

Kartmane taksit kartı istifadəçiləri üçün Rabitəbank müştərilərinə daha rahat və sərfəli alış imkanları təqdim etmək məqsədilə Taksit kartı üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri həm gündəlik alışlarını, həm də onlayn ödənişlərini əlavə komissiya ödəmədən rahat şəkildə taksitə bölə biləcəklər.
Yeni kampaniyaya əsasən onlayn alış-veriş əməliyyatları 12 ayadək 0% komissiya ilə taksitə bölünə bilər. Taksit kartı ilə istənilən satış məntəqəsində həyata keçirdikləri nağdsız ödənişlər isə 6 ayadək tam komissiyasız taksitləşdirmək mümkündür. Bu imkan müştərilərə həm gündəlik xərclərini, həm də planlaşdırdıqları alışları daha rahat şəkildə idarə etməyə şərait yaradır.
Kampaniyanın digər üstünlüklərindən biri də nağdlaşdırma üzrə təqdim edilən güzəştdir. Belə ki, kampaniya müddətində Kartmane Taksit kartı sahibləri Rabitəbank-a məxsus ATM-lər vasitəsilə nağd pul vəsaitlərini 0% komissiya ilə nağdlaşdıra biləcəklər.
Kampaniya çərçivəsində Onlayn alış əməliyyatları üzrə isə daha sərfəli şərtlər təqdim olunur: kampaniya müddətində Taksit kartı ilə həyata keçirilən onlayn ödənişlər 3 aydan 12 ayadək komissiyasız (0%) taksitləşdirilə bilər, 12 aydan yuxarı müddətlər üçün isə 1.5% komissiya tətbiq edilir.
Taksit kartı ilə həyata keçirilən nağdsız ödəniş əməliyyatları müştərinin seçiminə uyğun olaraq müxtəlif müddətlər üzrə taksitləşdirilə bilər. Belə ki, ödənişlər 3 aydan 6 ayadək tam komissiyasız (0%), 6 aydan 9 ayadək müddətə 1% komissiya, 9 aydan yuxarı müddət üçün isə 1.5% komissiya tətbiq olunmaqla taksitə bölünür.
Bu kampaniya Rabitəbankın müştərilərinə daha çevik maliyyə imkanları yaratmaq və alış-veriş prosesini daha rahat etmək məqsədilə təqdim olunur. Linkə keçid edərək Kampaniya haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Bununla yanaşı Rabitəbank nağd pul kreditləri üzrə "Bahar kampaniyası"nı da təqdim edir və bu çərçivədə müştərilər 50 000 AZN-dək krediti 9.5%-dən başlayan faiz dərəcəsi, 48 ayadək müddət və 0% komissiya ilə əldə etmək imkanı qazanırlar.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 17 mart 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq