Kənar şəxslər adınıza kredit götürə bilməyəcək – YENİ MEXANİZM

Kənar şəxslər adınıza kredit götürə bilməyəcək – YENİ MEXANİZMHazırda bəzi hallarda vətəndaşın hesabı vasitəsilə onun üzərinə əlavə öhdəliklər yaradılaraq adına kredit rəsmiləşdirilməsi və ya mövcud kredit limitlərinin artırılması yolu ilə vəsaitlərin mənimsənilməsi kimi hallar müşahidə olunur.
Bu fikirləri 12 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov bildirib.
Ü.Qurbanov bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, beynəxalq təcrübədə də mövcuddur.
Qurum rəsmisi əlavə edib ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə – Rusiya, Sinqapur, Finlandiya və Avstraliyada tətbiq olunur. Onun sözlərinə görə, həmin mexanizmin Azərbaycanda da tətbiqi məsələsi nəzərdən keçirilir:
"Tətbiq olunacağı təqdirdə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, yəni Kredit Bürosu vasitəsilə müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir maliyyə institutu, kredit təşkilatı və ya bank vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləyə və ya kredit limitini artıra bilməyəcək".
O həmçinin diqqətə çatdırıb ki, nə qədər qabaqlayıcı mexanizmlər tətbiq edilsə və platformalar gücləndirilsə də, əsas məsuliyyət və qərarverici tərəf vətəndaşın özüdür:
"Bu baxımdan vətəndaşların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Bank olaraq, biz də bu istiqamətdə müxtəlif dövlət qurumları və maliyyə assosiasiyaları ilə birlikdə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir və gələcəkdə də bu fəaliyyətin davam etdirilməsi də prioritet istiqamətlərdəndir", – deyə Ü.Qurbanov qeyd edib. / banker.az

Banklar     Tarix: 13 mart 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq