"Kəpəz BOKT" şirkəti irəliləyib - KREDİT PORTFELİ, GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB
"Kəpəz BOKT" MMC 2023-cü ili 1 milyon 390 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 773 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kəpəz BOKT"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 617 min manat və ya 80% artıb. Xalis mənfəətin artması kredit portfelinin və müvafiq olaraq faiz gəlirlərin artmasından qaynaqlanır.
FAİZ GƏLİRLƏRİ KƏSKİN ARTIB
Marja.az xəbər verir ki, "Kəpəz BOKT" MMC-nin faiz gəlirləri 2022-ci ildə 2 milyon 531 min manat ikən, 2023-cü ildə 3 milyon 579 min manata yüksəlib (1 milyon 48 min manat və ya 41,4% artıb).
KREDİT PORTFELİ 9 MİLYON MANATA YAXINLAŞIB
Ötən il "Kəpəz BOKT" MMC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 72 min manat və ya 30% artaraq 8 milyon 998 min manata çatıb. 2022-ci ilin sonunda "Kəpəz BOKT"ın kredit portfeli 6 milyon 927 min manat təşkil etmişdi.
TƏŞKİLAT BÖYÜYÜB
2023-cü ildə "Kəpəz BOKT" MMC-nin cəmi aktivləri 1 milyon 627 min manat və ya 20% artaraq 9 milyon 773 min manata yüksəlib.
"Kəpəz" Bank Olmayan Kredit Təşkilatı lombard, avto, ev və lizinq kreditləri təklif etməkdədir.



"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?