KOBİA İctimai Şuranın üzvlüyünə namizədlərin qəbulunu - ELAN EDİR

KOBİA İctimai Şuranın üzvlüyünə namizədlərin qəbulunu - ELAN EDİRKiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması ilə əlaqədar üzvlüyə namizədlərin qəbulu elan edilir. 
KOBİA yanında İctimai Şuranın fəaliyyətində üzv kimi iştirak etmək istəyən biznes assosiasiyaları və birlikləri, vətəndaş cəmiyyətini təmsil edən və əsas fəaliyyəti sahibkarların hüquqlarının təbliği və qorunması olan, bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları öz namizədləri barədə KOBİA tərəfindən formalaşdırılmış Seçki komissiyasına müraciət edə bilərlər. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Seçkilər Seçki komissiyasının müəyyən etdiyi tarixdə və yerdə keçiriləcəkdir. 
Müraciət etmək üçün tələb olunan sənədlər: 
- Namizədin ərizəsi; 
- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarışının surəti;
- Müraciət etmiş vətəndaş cəmiyyəti institutunun İctimai Şurada təmsil olunmasını istədiyi nümayəndə barədə həmin və ya digər vətəndaş cəmiyyəti institutunda onun üzvlüyünü (rəsmi vəzifəsini) (əgər varsa) təsdiq edən sənəd və İctimai Şuraya rəsmi olaraq üzv qəbul edilməsini tövsiyə edən məktub; 
- Namizədin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının və digər təsdiqedici sənədlərin surəti).
Yuxarıda qeyd edilən sənədlər 25.10.2022-ci il tarixdən etibarən 20 iş günü ərzində (23.11.2022-ci il saat 18:00-dək) kağız daşıyıcıda KOBİA-nın Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına gəlməklə və ya elektron formada  elektron poçt ünvanına göndərilməklə təqdim edilə bilər. 
Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədə dair tələblər aşağıdakılardır: 
- vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması; 
- namizədin məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması.
İctimai Şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək məlumat veriləcəkdir.
Əlavə məlumat üçün: (012) 404 04 01 (daxili 162) və ya (+994) 55 589 69 39.
Qeyd: 2018-ci ildən etibarən fəaliyyət göstərən KOBİA yanında İctimai Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şuranın üzvlərinin say həddi 15 nəfər olmaqla Seçki komissiyası tərəfindən müəyyən edilmişdir və Şuranın tərkibi 2 ildən bir keçirilən seçkilər vasitəsilə formalaşır. KOBİA yanında İctimai Şuraya sonuncu dəfə seçkilər 2020-ci ildə keçirilib.  / fed.az

Biznes     Tarix: 25 oktyabr 2022

Oxşar xəbərlər

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq