KOBİA "Swiss Alternative Financing" şirkətilə - ANLAŞIB
Sentyabrın 22-də Cenevrədə "Azərbaycan 2022: Avropa və Asiya üçün enerji mənbəyi və logistika mərkəzi" mövzusunda Dəyirmi Masa keçirilib.
FED.az xəbər verir ki, tədbir Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının (CCIG) təşkilatçılığı, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "SOCAR Trading"in dəstəyi ilə təşkil olunub.
Dəyirmi masada Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının direktoru Nathalie Hardyn, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatasının idarəedici direktoru Dorit Sallis, İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz və digər ölkələr üzrə idarəsinin müdiri Seraina Siqron və "SOCAR Trading"in təmsilçisi Tağı Tağızadə mövzu ilə bağlı çıxış ediblər.
Tədbir çərçivəsində KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və İsveçrənin "M&M" şirkəti tərəfindən müvafiq olaraq ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə, Azərbaycanın investisiya potensialına, logistika və enerji imkanlarına dair təqdimatlar keçirilib.
Həmçinin tədbir çərçivəsində KOBİA, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) və "Swiss Alternative Financing" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Onlayn biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İKEA şirkətinin tarixi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?