"KredAqro" BOKT 2023-cü il üzrə əsas göstəricilərini açıqladı

"KredAqro" Bank Olmayan Kredit Təşkilatı 2023-cü ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə artım dinamikasini qorumuş və bazarda mövqeyini möhkəmləndirmişdir. 
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun və ev təsərrüfatlarının dəstəklənməsi istiqamətində aktiv fəaliyyətlərini davam etdirən "KredAqro" BOKT MMC 2023-cü ili  87 min 478 manat xalis mənfəətlə başa vurmuşdur. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd olunur ki, 2023-ci ilin yekunlarına görə, "KredAqro"    BOKT    MMC-nin cəmi aktivləri  8 milyon 574 min 263 manat olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki dəyişilməmişdir. Təşkilatın xalis kredit portfeli  5 milyon 337 min 917 manat olmuşdur.  Bu dövrdə müştərilərə verilmiş  kreditlərin həcmi 5 milyon 764 min 728 manat olmuşdur ki, bu da ötən ilki göstərici ilə müqayisədə 23% artım deməkdir.
Bu dövrdə əvvəlki ilin sonu ilə müqayisədə təşkilatın ümumi  faiz gəlirləri 1 milyon 466 min 211 manat  olmaqla 32.18 %  artmışdır.  Digər müsbət göstərici olaraq, problemli kreditlərin səviyyəsi  ötən illə müqayisədə 119 min 796 manat, yəni 2,43% nisbətində azalmışdır. 
Eyni zamanda, bu dövr ərzində Təşkilatın yenilənmiş korporativ  saytı və mobil əlavəsi istifadəyə verilmiş, habelə alternativ  satış kanallarının tətbiqi kimi, online kreditləşmə layihəsi  üzrə işlərə başlanılmışdır.  
"Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamikası və tətbiq edilən innovativ  həllər sayəsində qarşıdakı illərdə də bu müsbət  tendensiyaları qoruyacağı və gəlirlərinin artacağından xəbər verir",- press-relizdə qeyd edilib.   
2000-ci ildən etibarən fəaliyyət göstərən "KredAqro" BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 23 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında lider mövqelərdə  yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, biznes, kənd təsərüffatı, lizinq və lombard kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir. 
"KredAqro" BOKT MMC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. "KredAqro" BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 4412134  Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi web səhifəsinivə ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
/ marja.az

Banklar     Tarix: 11 mart 2024

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri