Kredit Bürosunun yeni xidməti – rəqəmsal tarixçə platforması istifadəyə verilib
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması - FINDOC istifadəyə verilib.
Bürodan Marja-a daxil olmuş məlumat görə, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platforma, şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.
Müvafiq platformadan qeydiyyatdan keçərək SİMA və ya ASAN imza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə Büroda toplanmış məlumatlara rəqəmsal çıxış əldə edirlər.
Platformada qeydiyyatdan keçmiş şəxslər aşağıdakı xidmətlərdən yararlana bilərlər:
-kredit hesabatına baxış;
-skor hesabatına baxış;
-kredit hesabatının PDF formatında əldə edilməsi;
-kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
-kredit hesabatının Büronun rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi.
Qeyd edək ki, kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur.
Müvafiq ödənişlər Platforma üzərindən və nağdsız qaydada aparılır.
Platforma real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və ilkin olaraq "Beta" versiyada vətəndaşların istifadəsinə təqdim edilib.
Xidmətə qoşulmaq üçün linkindən istifadə edilir.
Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 200-dən artıqdır.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?