Kriptobirjada son durum- kapitallaşma 3 trln. dolları ötüb
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,35% artaraq 3,08 trln. dollar səviyyəsinə yüksəlib.
FED.az bu barədə "CoinMarketCap" platformasına istinadən xəbər verir.
Məlumata görə, bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi 2,55% artımla 191,32 bənd təşkil edib. Altcoin bazarında aktivlik nisbətən zəif olaraq qalır – Altcoin Season Index 25 bənd səviyyəsindədir.
Bazarın lideri olan Bitcoin son 24 saatda 1,69% artaraq 90 007 dollar. Həftəlik artım dinamikası isə 3% təşkil edib. "Ethereum"un qiyməti sutkalıq müqayisədə 3,53% artaraq 3 112 dollara bərabər olub.
Ən iri altcoinlər arasında XRP son 24 saatda 9,12%, Solana 4,37%, Dogecoin isə 12,05% artım nümayiş etdirib. Son 7 gündə Dogecoin üzrə artım 16,47%, Cardano üzrə isə 12,13% təşkil edib.
Analitiklər bazarda müşahidə olunan müsbət dinamikanı əsasən altcoinlərə artan maraq və ticarət həcmlərinin yüksəlməsi ilə əlaqələndirirlər (Apa).

Sahibkarlar üçün yeni qayda: Bəzi yoxlamaların aparılması qadağan ediləcək
20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda
Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
Azərbaycanda 2 milyonluq şirkət 110 milyonluq şirkətə - BİRLƏŞİR
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir
"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi
"McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində - Yeni restoran açıb - FOTO
DSMF əməkhaqqı və ödənişlər üçün 55 milyon manatlıq bank xidməti alacaq
SMM nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes plan necə yazılır?