Macarıstanın ən böyük bankı Rusiyadan çıxmağı nəzərdən keçirir
Macarıstanın ən böyük bankı "OTP Bank" Rusiyadakı fəaliyyətini tam dayandırmaq ehtimalını nəzərdən keçirir. Qərar bankın Baltikyanı ölkələrdə fəaliyyət göstərən "Luminor"u almaq planının tənzimləyicilər tərəfindən yoxlandığı dövrə təsadüf edir.
Banker.az xəbər verir ki, "Bloomberg"ə danışan "OTP Group"un baş icraçı direktoru Peter Çanyi Rusiyaya dair strategiyanın yenidən qiymətləndirildiyini bildirib. Tam çıxış da nəzərdən keçirilən variantlar arasındadır. Bank qiymətləndirməni ilin sonunadək yekunlaşdırmağı planlaşdırır.
"OTP Bank" iyulda "Luminor"un sahibi olan şirkətin 100%-ni almaq barədə razılıq əldə edib. Bankın Rusiyada fəaliyyətini davam etdirməsi sövdələşmənin təsdiqi zamanı əsas suallardan birinə çevrilib. Latviya Mərkəzi Bankı bununla bağlı reputasiya riskini yüksək qiymətləndirib, Litva Mərkəzi Bankı isə Rusiyadakı fəaliyyətin araşdırılmalı suallar doğurduğunu bildirib. Sövdələşmənin baş tutması tənzimləyici qurumların razılığından asılıdır.
"Bloomberg"in araşdırdığı sənədlərə görə, bankın Rusiyadakı müştəriləri arasında "Qazprom"un nəzarətində olan şirkətlər də olub. Bank sənədlərdə sanksiya pozuntusuna dair dəlil aşkarlanmadığını bildirir. "OTP Bank" Rusiyada şirkətlərə kredit verməyi 2022-ci ildə dayandırdığını və hazırkı fəaliyyətinin əsasən pərakəndə bankçılıqla məhdudlaşdığını qeyd edir.

"Meqa Həyat Sığorta" yığımlarını təxminən ikiqat artırıb
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur
Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN
Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib
Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir
Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib
Proqramçılar üçün TOP-5 Freelance sayt
Kriptovalyuta nədir və necə alınır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət