Maliyyə Nazirliyi: Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək
Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.
Maliyyə Nazirliyindən bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.
Bildirilib ki, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.
Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov kiçik və orta bankların da depozit hərraclarında iştirakı məsələsinin Mərkəzi Bank vasitəsilə müzakirə edildiyini bildirmişdi.
Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində sistem əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, "Kapital Bank", "PAŞA Bank", "Bank Respublika" və "Unibank"dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və "Xalq Bank"ı "Unibank"la əvəzləyib. Başqa sözlə, sərbəst xəzinə qalığı vəsaitlərindən növbəti hərraclarda da yalnız sistem əhəmiyyətli banklar istifadə edə biləcək. / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?