Maliyyə Nazirliyinin nümayəndəsi ABB-nin Müşahidə Şurasında təmsil olunacaq
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixini elan edib. İclas "Banklar haqqında" Qanunun 24.5-ci maddəsinə rəhbər tutularaq 2026-cı il sentyabrın 30-da təşkil olunacaq.
Banker.az xəbər verir ki, Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq, səsvermə Milli Depozit Mərkəzinin İnvestor Portalı üzərindən qiyabi şəkildə keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
Maliyyə Nazirliyinin nümayəndəsinin ABB-nin Müşahidə Şurasında təmsil olunması;
ABB ASC-nin Nizamnaməsinə dəyişiklik edilməsi;
"ABB ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə"yə dəyişiklik edilməsi.
Gündəlikdəki məsələlərlə bağlı materiallar və səsvermə bülletenləri avqustun 24-dən etibarən səhmdarların İnvestor Portalındakı şəxsi kabinetlərinə yerləşdiriləcək. Səhmdarlar avqustun 24-dən sentyabrın 29-u saat 23:59-a qədər portaldan elektron qaydada səs verə bilərlər. Elektron səslərin sayılması yığıncaq günü həyata keçiriləcək.
Xatırladaq ki, Bankın səhmlərinin 88,54%-i Maliyyə Nazirliyinə, 3,64%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?