"Maliyyə sektorunun inkişaf strategiyası hazır olmaq üzrədir"
Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun inkişafı ilə bağlı strategiya üzərində işləri tamamlamaq üzrədir.
Bunu qurumun Baş direktoru Fərid Osmanov Bakıda "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda ("IBF-2023") bildirib.
Bundan başqa, AMB rəsmisi deyib ki, noyabrın 9-dan ölkədə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun qüvvəyə minəcək:
"Bundan sonra maliyyə bazarlarında ödəniş effektivliyinin formalaşdırılması istiqamətində zəruri və fundamental tədbirlərin görülməsinə başlanılacaq. Strateji hədəfimiz növbəti dövr ərzində açıq bankçılıq konsepsiyasının formalaşdırılması, açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir. Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı sığorta sektoru və kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək".
© "Report"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Françayzinq nədir və necə olur?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyada ən çox oxunan 5 kitab
Shopify-da necə satışa başlamaq olar?