Maskın xAI şirkətinə investisiya turunda yüksək məbləğdə yatırım edildi

Maskın xAI şirkətinə investisiya turunda yüksək məbləğdə yatırım edildiİlon Maskın süni intellekt startapı xAI, əsasən Nvidia olmaqla müxtəlif investorların iştirak etdiyi davam edən investisiya turunun həcmini 20 milyard dollara qədər artırır.

Biznes.az xəbər verir ki, maliyyə paketi xüsusi bir investisiya vasitəsi (SPV) üzərindən həyata keçirilir. Bu SPV, Nvidia prosessorlarını alacaq və xAI həmin çipləri beş illik müddətə icarəyə götürəcək. Bu model sayəsində investorlar birbaşa şirkətə deyil, aktivlərə əsaslanan gəlirə sahib olacaqlar.

Mənbələrin bildirdiyinə görə, Nvidia sözügedən razılaşmanın kapital hissəsinə 2 milyard dollara qədər investisiya qoymağı planlaşdırır. Süni intellekt sektorunda son dövrlərdə iri həcmli investisiyalarda diqqətəlayiq artım müşahidə olunur.

OpenAI qısa müddət əvvəl AMD çiplərindən istifadə etmək üçün müqavilə imzalayıb. Meta son aylarda məlumat mərkəzləri üçün 29 milyard dollarlıq maliyyə paketi hazırlayıb, Oracle isə infrastruktur yatırımları üçün 38 milyard dollarlıq borclanma həyata keçirib. Məlumat mərkəzlərinin gücü, ən inkişaf etmiş süni intellekt modellərinin hazırlanması üçün həyati əhəmiyyətə malik hesab olunur.

ABŞ istiqraz bazarlarında texnologiya şirkətləri bu il 157 milyard dollar borclanma həyata keçirib ki, bu da ötən illə müqayisədə təxminən 70 faiz artım deməkdir.

xAI isə yüksək kapital tələbi ilə seçilir. Bloombergin məlumatına görə, şirkət bu ilin əvvəlində təxminən 10 milyard dollar vəsait toplamasına baxmayaraq, aylıq təxminən 1 milyard dollar xərcləyir.

Mask, SpaceX kimi öz şirkətlərindən də xAI-ə investisiya cəlb edib. İl sonuna doğru isə Tesla səhmdarları, elektrikli avtomobil istehsalçısının xAI-ə investisiya edib-etməyəcəyinə qərar verəcəklər.

İnvestisiya     Tarix: 10 oktyabr 2025

Oxşar xəbərlər

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaları

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

Azərbaycan İnvestisiya Forumunda - 10,8 milyardlıq 23 sənəd imzalandı

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

Prezident: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiy

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto