Məmmədov Nəriman "Caspian Energy Israel"in sədri vəzifəsinə - TƏYİN OLUNUB
Məmmədov Nəriman "Caspian Energy Israel"in sədri vəzifəsinə təyin olunub.
FED.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə Məmmədov Nəriman, "Caspian Energy ISRAEL" Israil ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq "Caspian Energy Forum Israel", "Caspian Energy Award Israel", "Brand Award Israel" və həmçinin İsrailin bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
Məmmədov Nəriman ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Məmmədov Nəriman Azərbaycan və Israil sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.
Məmmədov Nəriman 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəedici vəzifələrdə 25 ildən artıq təcrübəyə malikdir.
1994-cü ildə Azərbaycanda, Bakı şəhərində "Narimanfilm" kinostudiyasının əsasını qoymuşdur. Şirkətin filialları həmçinin Russiya, BƏƏ və Polşada fəaliyyət göstərir. "Narimanfilm" kinostudiyası bədii, qısametrajlı və sənədli filmlərin istehsalı, yuxarıda sadalanan ölkələrdə xətt prodüserliyi və Azərbaycan filmlərinin dünyada tanıdılması ilə məşğul olur, eləcə də onlayn kinoteatrı (VOD platforma – Azcinemaonline) idarə edir.
2005-ci ilin sentyabr ayında "Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası"– nın (IFA-SC) həmtəsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur, oktyabr ayından isə həmin qurumun İdarə Heyətinin sədridir.
2012-ci ilin iyun ayında "Azərbaycan Prodüserlər Gildiyası" İctimai Birliyinin həmtəsisçilərindən biri olmuş və sədr müavini seçilmişdir. Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının həmtəsisçilərindən biri, idarə heyəti üzvü və katibidir.
1 Avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüşdür.
1 May 2019-cu ildə yaradılan "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisidir.
27 Noyabr 2020-cu ildə "Kinematoqrafiya uğurlarına görə" Global Film Festival Noida beynəlxalq mükafatı ilə təltif olunmuşdur.
19 Oktyabr 2021-ci ildə "Azərbaycan Prodüserlər Gildiyası" İctimai Birliyinin sədri seçilmişdir.
"Caspian Energy" Biznes Klubunun İdarə Heyətinin üzvü, "Mədənəniyyət, kinematoqrafiya və turizm" komitəsinin sədridir.
O, bir neçə bədii, qısametrajlı və sənədli filmlərin prodüseridir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialogunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?