Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli Qərarı ilə, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
Marja xəbər verir ki, bu barədə Mərkəzi Bakın məlumatda bildirilir.
Qeyd edilib ki, İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə "Fintrend" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Qeyd edək ki, Mərkəzi Bank 31 iyul 2026-cı il tarixində yaydığı press-relizində Bank "BTB" ASC-nin yenidən təşkili prosesi çərçivəsində lisenziyasının ləğv edilməsi və onun hüquqi varisi olan "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə lisenziya verildiyini açıqlamışdı:
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank "BTB" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a müvafiq olaraq Bank "BTB" ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilmişdir.
Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank "BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, Bank "BTB" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilmişdir. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə Bank "BTB" ASC arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank "BTB" ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanmışdır".

Banklar     Tarix: 02 oktyabr 2026

Oxşar xəbərlər

İKZF-nin strukturunda dəyişiklik edilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)Xəzinədarlıq departamentinin adı dəyişdirilərək Aktivlərin idarə olunması departamenti adlandırılıb. xəbər verir ki, departamentə İlhamə Hacıağa qızı İsabalayeva rəhbərlik edir. O

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

 AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

AMB: Kartdan-karta köçürmə tarifləri vətəndaşlara birbaşa şamil olunmur

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır. xəbər verir ki

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortasına 942 min manat xərcləyəcək

Mərkəzi Bank tibbi sığorta xidmətlərinə 942 min manat xərcləyəcək. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tibbi sığorta xidmətinin satın alınması ilə bağlı "Meqa Sığorta" ASC ilə müqavilə bağlayıb

ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb

KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib. KPMG-dən -a verilən məlumata görə, bu tranzaksiya ABB-nin coğraf

Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

"Kapital Bank" ASC-nin kredit portfeli son bir ildə 959,3 milyon manat və ya 17,7% artaraq 2026-cı il sentyabrın 30-na 6 milyard 391 milyon 310 min manata çatıb. Kredit portfelində ən yüksək artım biznes kreditlər

"Bank Melli İran"ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb

İranın "Bank Melli İran" bankının Bakı filialı 2026-cı ilin yanvar-sentyabr aylarını (cari ilin 9 ayını) 3 milyon 144 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 23

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah


iqtisadi xeberler rubl mezenne leobank kart dollarin kursu bu gun bitkoin