Mərkəzi Bank 4 şirkətə lisenziya verdi - ADLARI
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə "K Group" MMC-yə elektron pul təşkilatı, "M.A.X Sistemləri Plyus" MMC və "Cibpay" MMC-yə ödəniş təşkilatı, həmçinin "Azərikard" MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Qeyd edilib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
Qeyd edək ki, indiyədək "A-Solutions Elektron Pul Təşkilatı" MMC, "United Payment" MMC, "Modenis" MMC, "PashaPay" MMC, "Mobile Payment Solutions" MMC, "Mpay" QSC, "Paysis" MMC, "PulPal" MMC, "Qoldenpey" ASC, "K Group" MMC, "Azərikard" MMC elektron pul təşkilatı, "Token Azərbaycan" MMC, "Global İnnovations" MMC, "Drakaris" MMC, "Multi Solutions" MMC, "M.A.X Sistemləri Plyus" MMC, "Cibpay" MMC ödəniş təşkilatı, "Azərikard" MMC ödəniş sistemi lisenziyası alıblar.

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət