Mərkəzi Bank: "Azərbaycanda "interchange" tarifləri 36 % azaldılıb"
"Mərkəzi Bank haqqında" qanuna edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Mərkəzi Banka (AMB) bütövlükdə ödəniş sistemi iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin yuxarı həddini müəyyən etmək hüququ verilib.
Bunu AMB sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Bu hüquqdan istifadə edərək Mərkəzi Bank 25 oktyabrda "interchange" tariflərinin yuxarı və orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33%, yanacaqdoldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb", – deyə R.Orucov əlavə edib. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?