Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları açıqladı

Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları açıqladıSon dövrlərdə Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı geniş miqyaslı işlər aparılmaqdadır. Bu addım həm sosial müdafiə sisteminin təkmilləşdirilməsi, həm də ölkənin maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahədə görülən işlər, gözləntilər və tənzimləmə mexanizmləri barədə əsas məqamları təqdim edir.
Mövcud işlər və qanunvericilik hazırlıqları
Mərkəzi Bankdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılmış və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə, Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub.
"Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır", – cavabda deyilir.
Həyat sığortası şirkətləri ilə əməkdaşlıq
AMB hesab edir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
"Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir", – açıqlamada deyilir.
Eyni zamanda, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.
"Bütün qeyd olunan islahat tədbirlərində beynəlxalq təcrübənin dərindən öyrənilməsi prioritetlər daxilindədir. Yaxın zamanlarda kredit götürən şəxslərin həyatının sığortalanması ilə bağlı qaydalara edilən dəyişikliklər də bu inkişaf addımlarının nümunəsidir. Bu istiqamətdə təkmilləşdirmə işləri aparılarkən yenə də beynəlxalq təcrübənin o cümlədən Türkiyə və digər ölkələrin təcrübələrinin yaxından öyrənilməsinin konsepsiyanın formalaşmasında əhəmiyyətli təsirləri olub", -.Mərkəzi Bank bildirib.
Tənzimləmə və idarəetmə mexanizmləri
AMB qeyd edir ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur.
"Şəffaflıq və maliyyə sabitliyinin təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır", – AMB bildirir.
Özəl pensiya fondlarının sosial və iqtisadi təsirləri
Özəl pensiya fondlarının qurulması bir sıra mühüm sosial və iqtisadi faydalar vəd edir. Mərkəzi Bankda hesab edirlər ki, uzunmüddətli maliyyə resurslarının artırılması və yeni maliyyə alətlərinin formalaşdırılması ölkənin maliyyə bazarlarının dərinləşməsinə səbəb olacaq.
Yeni maliyyə institutlarının yaranması və xarici investisiyaların cəlb edilməsi ilə ölkənin iqtisadi inkişafı sürətlənəcək, bu isə öz növbəsində investisiya mühitinin yaxşılaşdırılmasına səbəb olacaq.
Sosial rifahın artması: "Bununla yanaşı, əhalinin maliyyə təminatı güclənəcək, sosial müdafiə sisteminin dayanıqlılığı təmin ediləcək və pensiya yaşına qədər maliyyə sabitliyinə nail olunacaq. Özəl fondlar dövlət büdcəsinə olan təzyiqi azaldaraq daha effektiv sosial müdafiə sisteminin qurulmasına imkan yaradacaq, yəni əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir", – AMB qeyd edir.
Beləliklə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması həm sosial, həm də iqtisadi baxımdan müsbət nəticələr vəd edir. Bu fondlar uzunmüddətli maliyyə resurslarının artmasına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ölkənin maliyyə bazarlarının inkişafına töhfə verəcəkdir.

Banklar     Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank