Mərkəzi Bank: banklardan kənarda olan nağd pulun həcmi 12.5 milyardı ötüb

Mərkəzi Bank: banklardan kənarda olan nağd pulun həcmi 12.5 milyardı ötübAzərbaycan Mərkəzi Bankı açıqlayıb ki, 1 noyabr 2022-ci il tarixinə olan göstəriciyə görə, Azərbaycanda banklardan kənarda nağd pul kütləsinin (banknot və qəpiklər) həcmi 12.5 mlrd. manatı keçib.
Banker.az xəbər verir ki, qeyd edilən tarixdə banklar kənarında nağd pul (M0 adlanır) 12 milyard 542.8 milyon manat təşkil edib.
Bu da son bir ayda 2%, ilin əvvəlindən 14.6% artım deməkdir. İlin əvvəlindən ölkə ərazisində banklardan kənarda olan nağd pulun həcmi 1 mlrd. 602 mln. manat artıb.
Ümumilikdə geniş mənada pul kütləsi (M3) son bir ayda 2.6% artaraq 41 mlrd. 178.2 mln. manat olub.
Mərkəzi Bank: banklardan kənarda olan nağd pulun həcmi 12.5 milyardı ötübBu pul aqreqatlarıdır və bu pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.
Pul aqreqatları özlüyündə ierarxik sistemi təcəssüm etdirir – hər növbəti aqreqat əvvəlki aqreqatı öz tərkibinə daxil edir.
Müxtəlif ölkələrdə pul aqreqatları müxtəlif tərkib ilə fərqlənir. BVF bütün dünya ölkələri üçün ümumi M1 göstəricisinə və daha geniş göstərici olan "kvazivalyuta"-ya (təcili və əmanət bank hesabları, bazarda dövriyyədə olan daha likvid maliyyə alətləri) malikdir.
Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:
М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).
М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.
М2 = М1 + təcili yatırımlar.
М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.
Bir sıra ölkələrdə əlavə olaraq M4 aqreqatı da istifadə olunur. Məsələn, Böyük Britaniyada M4 aqreqatı özündə dövriyyədə olan nağd valyutanın həcmini, banklar tərəfindən verilmiş kreditlərin ümumi məbləğini, həmçinin dövlət borclarının məbləğini birləşdirir.

Banklar     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri