Mərkəzi Bank dekabrın 1-də tətbiq edəcəyi yeni qaydaya aydınlıq gətirib

Mərkəzi Bank dekabrın 1-də tətbiq edəcəyi yeni qaydaya aydınlıq gətiribMərkəzi Bankın İdarə Heyətinin 18.10.2023-cü il tarixli qərarı ilə "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası"nın yeni redaksiyası (Qayda) qəbul edilmişdir. Qərara əsasən Qayda 01.12.2023-cü il tarixindən qüvvəyə minəcək və həmin tarixdən 2009-cu ildən qüvvədə olan "Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar" ləğv edilmişdir.
Banker.az-a Mərkəzi Bankdan bu barədə bildirilir.
Yenilənmiş Qayda beynəlxalq standartların son tələblərini əhatə edir, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əks etdirilməsini təmin edir. Səmərəli bank nəzarəti yanaşmaları formalaşdıran Bazel Komitəsinin standartları ilə yanaşı xarici nəzarət orqanlarının təcrübəsi, habelə Beynəlxalq Valyuta Fondunun ekspertlərinin verdiyi tövsiyələr, eləcə də bank ictimaiyyətli ilə müzakirə zamanı mütərəqqi təkliflər Qaydanın hazırlanması zamanı nəzərə alınmışdır.
Qaydada likvidlik riski növü banklarda onun korporativ idarəetmənin və risklərin idarə edilməsi çərçivəsinin vacib elementi kimi nəzərə alınaraq likvidlik riski iştahası, siyasəti, daxili qaydaları, likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlığına dair tələblər təkmilləşdirilmişdir. Cəlb olunmuş vəsait mənbələrinin konsentrasiyasına dair yeni monitorinq aləti (Herfindal-Hirşman aləti) təqdim edilmiş, ani likvidlik əmsalı normativinin tərkibi təkmilləşdirilmişdir. Həmçinin, bankın normal və stress şəraitində ödəniş və hesablaşmalar üzrə yaranan öhdəlikləri vaxtında icra etmək üçün gündəlik likvidliyin idarə olunmasına dair prinsiplər və tələblər müəyyən olunmuşdur.
Bankda likvidlik mövqeyi proqnozlaşdırılmasının təkmilləşdirilməsi çərçivəsində Qaydada Bazel III standartlarında təqdim olunan bank müştərilərinin davranışı ilə əlaqədar tarixi məlumatlara əsaslanan məcmu və xarici valyutada ayrılıqda Likvidliyin örtülmə əmsalı (LCR) əmsalı normativi gətirilmişdir. Əmsalın məqsədi bank öz fəaliyyətinin fasiləsiz davam etdirilməsi, o cümlədən öhdəliklərin tam həcmdə və vaxtında icra edilməsi məqsədilə qısa müddətli dövrdə (30 gün) stress şəraitində likvidlik üzrə dayanıqlığın təmin edilməsidir.
Qaydada əmsalın həm xarici valyuta üzrə, həm də məcmu şəkildə tətbiqi nəzərdə tutulub. Qaydanın qüvvəyə mindiyi tarixdə LCR əmsalı məcmu və xarici valyutada ayrılıqda 100% və bundan çox olan banklar əmsalın həmin həddən aşağı düşməməsini təmin etməlidir. LCR əmsalı 100%-dən aşağı olan bankların likvidlik mövqeyinə kəskin təzyiq yaratmamaq məqsədilə əmsal 18-24 ay müddətində mərhələli şəkildə tətbiq ediləcəkdir. Əmsal sistem əhəmiyyətli banklar tərəfindən Qaydanın qüvvəyə mindiyi gündən 18 ay ərzində, digər banklar tərəfindən isə 24 ay ərzində 100%-ə çatdırılmalıdır. LCR əmsalı 100% həcmində saxlanılanadək tərkibi təkmilləşdirilmiş mövcud ani likvidlik əmsalının tətbiqi davam etdiriləcəkdir.
Sözügedən Qaydanın tətbiqi bank sektorunda risk idarəetmə potensialının gücləndirilməsini, potensial stress şəraitində likvidlik mövqeyinin daha düzgün proqnozlaşdırılmasını və bununla öz dayanıqlılığının daha effektiv qorunmasını təmin edəcəkdir.

Banklar     Tarix: 31 oktyabr 2023

Oxşar xəbərlər

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarəti

ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır

ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliy

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi


iqtisadi xeberler bu gunun xeberleri biznes ideyalari bitkoin almaq telefonla pul qazanmaq