Mərkəzi Bank ən çox, orta və aşağı şikayət olan bankların adlarını açıqladı - SİYAHI
Xidmətlərin göstərilməsi sahəsində, xüsusi ilə də maliyyə sektoru ilə bağlı istehlakçılar tərəfindən bankların özlərinə və ya Mərkəzi Banka təklif, ərizə və şikayətlərin təqdim olunması normal təcrübədir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınmışdır.
Qeyd edilib ki, bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir.
"Mərkəzi Bank öz mandatına uyğun olaraq maliyyə xidmətləri istehlakçılarının bank xidmətləri ilə bağlı şikayətlərini diqqət mərkəzində saxlayır və bu sahədə olan trendləri daimi əsasda təhlil edərək müvafiq tədbirlər görür",- Mərkəzi bank bildirib.
İndeksə görə – Bank VTB Azərbaycan, Bank BTB, Bank of Baku, AccessBank, Azərbaycan Sənaye Bankı, Yelo Bank, Expressbank, Turanbank və Unibank şikayət sayının yuxarı olduğu banklardır.
Bank Respublika, Premium Bank, Yapı Kredi Bank Azərbaycan, Rabitəbank, Azər-Türk Bank, AFB Bank, Kapital Bank və Ziraat Bank Azərbaycan orta sayda şikayətlərin olduğu banklardır.
İndeksə görə, aşağı sayda şikayətlərin olduğu banklar PAŞA Bank, Naxçıvanbank, Azərbaycan Beynəlxalq Bankı (ABB), Xalq Bank, Bank Avrasiya və Bank Melli İran Bakı filialıdır.
2023-cü ilin oktyabr ayına bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və onun hesablama metodologiyası ilə bağlı məlumat:
Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi



"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları
İban nədir?