Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladıMərkəzi Bank tərəfindən bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikası ictimaiyyətə açıqlanıb.
Marja.az Mərkəzi banka istinadən xəbər verir ki, rəqəmsal fırıldaqçılıq statistikasının açıqlanmasının əsas məqsədi ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
2025-ci ilin birinci yarımilini əhatə edən statistik hesabatda ölkədə fəaliyyət göstərən bütün banklarda baş vermiş fırıldaqçılıq əməliyyatlarına dair məlumatlar təqdim olunub. Statistik məlumatlar banklar tərəfindən Mərkəzi Banka təqdim edilən hesabatlar əsasında formalaşdırılır. Həmin hesabatlarda fırıldaqçılığın əsas və alt növləri, əməliyyatların tipi, zərər məbləği və digər analitik göstəricilər əks olunur.
Hesabatda beynəlxalq təcrübə nəzərə alınmaqla rəqəmsal ödənişlərdən istifadə zamanı fırıldaqçılıq əməliyyatların monitorinqi üçün müəyyən edilmiş müvafiq metrik göstəricilər əsasında dövri ölçmələr aparılıb. Belə ki, hesabatda ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları üzrə dövrlər üzrə müqayisəli göstəricilər, o cümlədən əməliyyatların dinamikası və strukturunda müşahidə olunan dəyişikliklər təhlil olunub.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə 16 may 2025-ci il tarixində rəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bu qrupun fəaliyyəti rəqəmsal maliyyə ekosistemində informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə əsaslanan koordinasiyalı fəaliyyətin təmin edilməsinə yönəlib.
Rəqəmsal fırıldaqçılıq statistikasının bundan sonra rüblük əsasda ictimaiyyətlə paylaşılması planlaşdırılır. 
Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları, 2025-ci il, 1-ci rüb, 
Ölkədaxili əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 992
• Ümumi məbləği: 430 944 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Hesab/kart məlumatlarının ələ keçirilməsi (68,8%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (96,9%)
Ölkəxarici əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 3628
• Ümumi məbləği: 185 910 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Kartın fiziki iştirakı olmadan (80,3%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (89,7%)
Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları, 2025-ci il, 2-ci rüb
Ölkədaxili əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 570
• Ümumi məbləği: 344 083 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Hesab/kart məlumatlarının ələ keçirilməsi (44,47%) 
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (99,7%)
Ölkəxarici əməliyyatlar:
• Kartlarla fırıldaqçılıq əməliyyatlarının sayı: 4798
• Ümumi məbləği: 430 104 AZN
• Ən yüksək paya malik fırıldaqçılıq kateqoriyası: Kartın fiziki iştirakı olmadan (81,2%)
• Ən yüksək paya malik avadanlıq növü: Elektron ticarət və mobil tətbiq (87,3%)
Ölkədaxili fırıldaqçılıq əməliyyatları 1-ci rüb ilə müqayisədə 2-ci rübdə:
• Rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11% azalıb,
• Əməliyyat sayı isə 27% azalıb,
• Təsirə məruz qalmış kart sayı 19% azalıb.
Ölkəxarici fırıldaqçılıq əməliyyatları
• Əməliyyat sayı 13,8% artıb,
• Məbləği 36,9% artıb,
• Məruz qalmış kart sayı 16,8% artıb.
Bu təqdimatda əks olunmuş göstəricilər banklar tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumatlar əsasında hazırlanıb. Mərkəzi Bankın apardığı təhlillər göstərir ki, bu təqdimatda qeyd olunmuş bütün fırıldaqçılıq halları ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verib.
Statistik hesabata dair daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz: 
Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Banklar     Tarix: 23 oktyabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri