Mərkəzi Bank hesabat pozuntularına görə 3 şirkəti cərimələdi
2025-ci ilin oktyabr və noyabr aylarında Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət tədbirləri çərçivəsində bir üç şirkət inzibati məsuliyyətə cəlb olunub.
Banker.az xəbə verir ki, qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim edilməməsi və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlama qaydalarının pozulması səbəbilə "A+CO" ASC 14 noyabr 2025-ci il tarixli məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə edilib.
Eyni pozuntuya görə oktyabr ayında "DİADEM" ASC də məsuliyyətə cəlb olunub. Şirkət 30 oktyabr 2025-ci il tarixli məhkəmə qərarı ilə 2000 manat cərimə olunub.
Bundan əlavə, "Ekolizinq" MMC də analoji qayda pozuntusuna yol verdiyi üçün 31 oktyabr 2025-ci il tarixli məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2000 manat məbləğində cərimələnib.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt