Mərkəzi Bank plastik kart sahiblərinə xəbərdarlıq edib: "Adımızdan zənglər edilir"
Son zamanlar Azərbaycanda müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın "qaynar xətti"nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xəbərdarlıq edərək bildirib.
Bildiririb ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.
"Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik"- deyə, AMB bildirir.

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib
Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb
Dünyanın ən zəngin idmançıları
Dünyanın ən bahalı restoranları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?