Mərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıb

Mərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıbNoyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə "Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" mövzusunda mühüm tədbir təşkil edib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, tədbir Paris Sazişi məqsədləri ilə uyğunluq çərçivəsində yaşıl keçid üçün iqlim maliyyələşməsinin genişləndirilməsi və resursların səfərbər edilməsi məsələlərini müzakirə məqsədilə Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirib.
Mərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıbMərkəzi Bankın sədri Taleh Kazımov açılış nitqində iqlim maliyyələşməsindən danışarkən kollektiv fəaliyyətin zəruriliyini vurğulayıb:"Hamımız başa düşürük ki, iqlim dəyişikliyi təkcə ekoloji böhran deyil. Bu, bütün ölkələrdən dərhal və birgə fəaliyyət tələb edən mürəkkəb bir böhrandır"
Sədr çıxışı zamanı milli səviyyədə həyata keçirilən təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı keçidin dəstəklənməsində rolunu qeyd edib.
Tədbir iki mühüm panel müzakirəsi ilə müşayiət olunub:
1. "İqlim maliyyəsi: iqlim ambisiyasının ölçüləbilən fəaliyyətə çevrilməsi" – Toronto Mərkəzinin prezidenti və baş icraçı direktoru Babək Abbaszadənin moderatorluğu ilə baş tutan müzakirə panelində Beynəlxalq Valyuta Fondunun icraçı direktor müavini Bo Li, Dünya Bankının Dayanıqlı İnkişaf üzrə vitse-prezidenti Yurgen Vogele, Asiya İnkişaf Bankının vitse-prezidenti (Cənubi, Mərkəzi və Qərbi Asiya) Yinqminq Yanq və Avropa Yenidənqurma və İnkişaf Bankının Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman MDB-lərin uyğunluğu, siyasət islahatları və innovasiyalara diqqət yetirməklə inkişaf etməkdə olan bazarlarda iqlim maliyyələşməsinin genişləndirilməsi strategiyaları ilə bağlı fikirlərini bölüşüb.
2. "Qlobal maliyyə qarşılıqlı fəaliyyət vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi" – bu sessiyada "Euronews"un Yaxın Şərq üzrə Büro rəhbəri Ceyn Vizerspun, Avropa İnvestisiya Bankının vitse-prezidenti Ambroz Fayol, "J.P.Morgan" şirkətinin dayanıqlı investisiya üzrə baş strateqi Cenifer Vu, "Commerzbank AG"nin icraçı direktoru və ESİ üzrə rəhbəri Bülent Karakaya qlobal maliyyə sahəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, eləcə də MDB-lər və daha geniş maliyyə sistemi arasında təkmilləşdirilmiş koordinasiyaya diqqət yetirməklə tənzimləyici çərçivələrin və təcrübələrin daha yaxşı uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.
Azərbaycan bank sektorunun ölkədə yaşıl keçidinin və dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə 2 milyard manatlıq maliyyə öhdəliyinin ayrılması ilə bağlı bəyanatı tədbirin mühüm məqamlarından olub.
Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan bu tədbir iqlim fəaliyyətində ölkənin fəal rolunu nümayiş etdirməklə dayanıqlı maliyyə sahəsində regional və qlobal təşəbbüslər üçün istinad mənbəyinə çevriləcək.
Mərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıbMərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıbMərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıb/ marja.az

Banklar     Tarix: 14 noyabr 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler leobank kart emlak xeberleri valyuta mezennesi rubl mezenne