Mərkəzi Bank üç bankın vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib
Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyətdə olan iki kommersiya bankının vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.
Banker.az bunu AMB-yə istinadən xəbər verir.
Belə ki, 2025-ci ilin sentyabrında "Unibank" KB ASC tərəfindən "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələblərinin pozulmasına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən "Unibank" KB ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.
"Yelo Bank" ASC tərəfindən "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələblərinin pozulmasına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən "Yelo Bank" ASC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilmişdir. Hesabatlıq forması üzrə pozuntular bankın maliyyə dayanıqlılığına təhdid yaratmır.
Sentyabrda "Turanbank" ASC barəsində də eyni addım atılıb. Bank tərəfindən "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələblərinin pozulmasına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən "Turanbank" ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.
AMB-dən bildirilir ki, hesabatlıq forması üzrə pozuntular hər iki bankın maliyyə dayanıqlılığına təhdid yaratmır.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?