Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə "AtaSığorta" ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqları qorunması məqsədinə xidmət edir.
Satışları dayandırmaq barədə göstəriş verilmişdi
Bir müddət əvvəl Mərkəzi Bank "AtaSığorta" ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb. Qeyd edilmişdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "AtaSığorta" ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilmişdir. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılmışdır.


Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyada ən çox oxunan 5 kitab
Onlayn biznes ideyaları
Dünyanın ən zəngin idmançıları