Mərkəzi Bank yubiley və xatirə pul nişanlarındakı dəyişikliyi şərh edib

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarındakı dəyişikliyi şərh edibAzərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası"na  əsasən həyata keçirilir.
Mərkəzi Bankın İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Qərarı ilə Qaydaya dəyişikliklər edilib, bunu Banker.az-a Mərkəzi Bankdan bildiriblər.
Dəyişikliyə əsasən yubiley və xatirə pul nişanlarının fiziki şəxslərə satışı "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Mərkəzi Bankın kassaları vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur. Bu zaman, "Nağdsız hesabalaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınaraq ödənişin məbləği 4 000 (dörd min) manatdan artıq olduqda, ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən hüquqi şəxslər vasitəsilə satışı Mərkəzi Bankla bağlanmış müqavilə əsasında həyata keçiriləcəkdir.
Bununla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər də "Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi"ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququnu əldə etmişdir.
Eyni zamanda əhalinin nəzərinə çatdırılır ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir (https://www.cbar.az/moneymarks/coins?category=2). Bu pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında "Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi"nə daxil olaraq (https://coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.

Banklar     Tarix: 14 oktyabr 2022

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit


iqtisadi xeberler kripto dollar mezenne biznes qurmaq en son xeberler