Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı qaydalarını dəyişib

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı qaydalarını dəyişibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 11 avqust 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası"nda dəyişikliklər edib.
B anker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra onlayn satın alınmış yubiley və xatirə pul nişanı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə AMB alıcı və yaxud onun nümayəndəsi ilə əlaqə yaradacaq və razılaşdırılmış yeni vaxt müəyyən edəcək. Alıcı və yaxud onun nümayəndəsi yeni vaxtda da yubiley və xatirə pul nişanını müvafiq satış məntəqəsindən təhvil almadıqda sifariş ləğv ediləcək. Bu halda, ödənilmiş məbləğ Elektron Xidmətlər Portalının elektron müraciət sistemində göstərilmiş bank rekvizitləri əsasında 3 iş günündə alıcının bank hesabına geri qaytarılacaq.
Bundan başqa, AMB pul nişanını geri aldıqda onun ekspertizası təqdim edən şəxsin (və yaxud onun nümayəndəsinin) birbaşa iştirakı ilə aparılacaq və dəyəri həmin gün "Nağdsız hesablaşmalar haqqında" qanunun tələbləri nəzərə alınmaqla nağd və yaxud nağdsız qaydada həmin şəxsə ödəniləcək.
Geri alınması üçün təqdim olunan pul nişanının ilkin ekspertizası zamanı onun həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı onu təqdim edən şəxsin razılığı və birbaşa iştirakı ilə qablaşdırılır, ərizə əsasında satış agenti onu AMB-yə göndərir. Ərizə 3 nüsxədə tərtib olunur. Nüsxələrdən biri AMB-də, digəri satış agentində, üçüncüsü isə pul nişanını təqdim edən şəxsdə saxlanılır. Təqdim olunmuş pul nişanının ekspertizası 10 iş günündə aparılır. Ekspertiza nəticəsində pul nişanının həqiqiliyi təsdiq edildiyi halda, yubiley və xatirə pul nişanları üzrə onun nominal dəyəri, investisiya pul nişanları üzrə isə agent banka təhvil verildiyi tarixə AMB-nin internet səhifəsində müəyyən edilmiş geri alış qiyməti 3 iş günü müddətində müvafiq şəxsin bank hesabına köçürülür. Ekspertiza zamanı pul nişanının həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanını AMB əvvəlcədən razılıq alınmaqla istehsalçı şirkətə ekspertizaya göndərir. / banker.az

Banklar     Tarix: 18 mart 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq