Mərkəzi Banka daxil olan müraciətlərin icra statusunun izlənilməsi imkanı yaradılıb

Mərkəzi Banka daxil olan müraciətlərin icra statusunun izlənilməsi imkanı yaradılıbMaliyyə xidmətləri istehlakçılarının və investorların Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.
AMB-dən  bildirilib ki, görülən işlərin nəticəsi olaraq vətəndaşlara birbaşa və ya digər qurumlardan kağız daşıyıcı vasitəsilə Mərkəzi Banka ünvanladıqları müraciətlərin icra statusunu izləmək imkanı təqdim olunub. Belə ki, müraciət edən şəxs contact.e-cbar.az internet səhifəsində yaradılmış digər müraciətlərin xanası üzərindən şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edə, bununla da müraciətinin icra statusunu izləyə biləcək. İcra statusunu izləmək üçün öncədən müraciətlərə FİN nömrəsini qeyd etmək zəruridir.
Xatırladaq ki, contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etdikdə icra barədə bildirişlər qeyd olunan mobil nömrəyə, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin yekun nəticəsi barədə məlumat isə elektron poçta avtomatik qaydada göndərilir. Həmçinin işçi kabinetdə müraciətin icra vəziyyətinin izlənilməsi də mümkündür.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçıları və investorlar Mərkəzi Banka müraciətlərini aşağıdakı vasitələrlə ünvanlaya bilərlər:
– 966 qaynar xətti ilə əlaqə saxlamaqla;
– poçt ünvanına məktub göndərməklə;
– e-cbar.az internet səhifəsi vasitəsilə onlayn qaydada müraciət etməklə;
– Mərkəzi Bankın inzibati bina və regional mərkəzlərinə yaxınlaşaraq qəbulda ərizə yazmaqla;
– Kağız daşıyıcıda birbaşa müraciət təqdim etməklə.
Bununla belə, Azərbaycan Respublikasının Prezidentinin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması üçün kağız daşıyıcıdan istifadənin azaldılması məqsədilə maliyyə xidmətləri istehlakçılarının və investorların Mərkəzi Banka contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etməsini tövsiyə edirik.
Əlavə sual yarandığı halda Mərkəzi Bankın 966 qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz. / banker.az

Banklar     Tarix: 13 iyul 2024

Oxşar xəbərlər

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini


iqtisadi xeberler kicik biznes avtomobil xeberleri investisiya leobank kart