Mərkəzi Bankın dekabr iclasından gözlənti nədir?

Mərkəzi Bankın dekabr iclasından gözlənti nədir?BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin aprelindən bu tərəfə aybaay artan inflyasiya şəraitində uçot faiz dərəcəsinə dair növbəti və il üzrə sonuncu faiz qərarını verir. AMB bu plana uyğun olaraq cari il üçün 8 dəfə faiz qərarına dair iclasdan 7-sini yekunlaşdırıb.
İclas həftənin çərşənbə günü – 18 dekabrda baş tutacaq. Mərkəzi Bankın bu iclası press-konfranssız baş tutacağı və yalnız press-reliz formasında saat 11:00-da yayımlanacağı gözlənilir.
Requlyator bu il 7 iclasdan yalnız ilk üç iclasında faizləri hər birində 25 baza bəndi olmaqla endirib. Qalan 4 iclasın hər birində isə faiz dəhlizinə toxunulmayıb.
Mərkəzi Bankın faiz dəhlizi belədir:
Aşağı həddi – 6.25%
Yuxarı həddi – 8.25%
Uçot faiz dərəcəsi – 7.25%
Mərkəzi Bankın fəaliyyəti dövründə uçot faiz dərəcəsi kredit və depozit bazarında təsirsiz olub. 2022-ci ildən etibarən isə yeni sədr bu alətin təsirsizliyinə dözümsüz görünür. Bununla belə, faizlərin təsirsizliyi bazardakı avtonom faktorlarla əsaslandırılır. O, faizlərin işə düşməsi üçün əlindəki bir neçə imkandan istifadə edib. Hazırda pul bazarındakı vəziyyət artıq Mərkəzi Bankın qismən də olsa istədiyi bir duruma gəlib çıxıb. Banklararası təminatsız kreditlərin orta faiz dərəcəsi 7.5 faiz dərəcəsindən yuxarıdır.
Məcburi ehtiyat normalarındakı fərqli əmsallar bir sıra depozitləri "hərəkətsiz" hala gətirib ki, bu da indiyə qədər böyük xərcsiz öhdəlikləri olan bir sıra bankları digər banklara qoşularaq depozit cəlb etməyə sövq edib. Banker.az və Qarant.az platformasının birgə monitorinqinə əsasən, hazırda əhalidən cəlb edilmiş depozitlər 11-12 faiz dərəcəsinə gəlib çatıb. İndiyə qədər 4-7 faiz diapazonunda faiz cəlb edən sistem əhəmiyyətli banklar belə hətta 6 ay üçün 11 faizə qədər gəlirlilik təklif edirlər. Bu, dolayı yolla milli valyutanı dəyərli saxlaya bilir. Requlyatorun son açıqlamasına əsasən, uçot faiz dərəcəsi hüquqi şəxslərin depozit faizlərinə də təsir edib. Hüquqi şəxslərin depozitləri bankların maliyyə mənbəyində əsas payçıdır.
Dövlətin emissiya etdiyi bütün istiqrazlar üzrə gəlirlilik faizləri son 4 ilin maksimumu olan 10 faizə qədər yüksəlib. Bu, hazırki monetar siyasətdən dolayı yaranan haldır. Mərkəzi Bank qeyd edilən nəticəni əldə etməklə gələcəkdə qiymət artımlarını cilovlamaq imkanını artırmış olacaq.
Lakin ölkədə qiymət artımlarına əsas təzyiq idxalla əlaqəlidir. Ölkə valyutasının sabit məzənnəsinə rəğmən kənar təsirlər hələ də qalmaqdadır. DSK-nın məlumatına görə, keçən il ölkəyə daxil olan məhsulların qiyməti illik 17 faiz üzərində daha bahadır.
Ölkə daxilində illik inflyasiya oktyabrda 3.4 faizdən noyabrda 4.4 faizə yüksəldi. Hələ ki, bu, AMB-nin hədəflədiyi diapazon daxilində olsa da, son 7 ayda yalnız artan xətlə gedib. Belə olan şəraitdə Mərkəzi Bankın uçot faiz dərəcəsinə toxunmayacağı yüksək ehtimaldır.
AMB son iclasda bildirib ki, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.
Həmin iclasda olan son açıqlamaya əsaslansaq, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bankın davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izlədiyi və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyi bildirilib.
Valyuta bazarında on iki ayda baş verən hadisələr diqqəti cəlb etsə də, bunun intervensiya xarakterli olmadığı açıqlandı. AMB-nin xarici valyuta ehtiyatları ardıcıl 424 milyon dollar və 404 milyon dollar, ümumilikdə isə 821 milyon dollar azalmış olub. Beləliklə, xarici valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 645.2 milyon dollar azalaraq 10 milyard 968 milyon dollara düşüb. Lakin bir sıra iqtisadçılar AMB-nin dekabrda  dollar bazarında alışyönlü müdaxilə edərək öncəki iki ayda əriyən ehtiyatlarını bərpa edəcəyini proqnozlaşdırır. Ətraflı.
Mərkəzi Bankın dekabr iclasından gözlənti nədir?Faiz dərəcələri iqtisadiyyata və inflyasiyaya necə təsir göstərir?
Faiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyil göstərirlər, əllərində olan nağd pulu isə xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) "alternativ xərci"dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Banklar     Tarix: 16 dekabr 2024

Oxşar xəbərlər

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy


iqtisadi xeberler bank faizleri bitkoin qiymeti biznes xeberleri dollar kursu