Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni  ""Bankkart Prestij"" kredit kartını təqdim edir

Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni  ®Ziraat Bank Azərbaycan müştərilərinə premium üstünlüklər və daha rahat bankçılıq təcrübəsi təqdim edən yeni Bankkart Prestij kartını istifadəyə verib. Mastercard Black Edition statusuna malik olan bu kart, sahiblərinə həm gündəlik maliyyə əməliyyatlarında rahatlıq, həm də səyahətlər zamanı yüksək səviyyəli komfort və eksklüziv imtiyazlar qazandırır.
Bankkart Prestij geniş üstünlüklər paketi ilə premium həyat tərzini dəyərləndirən müştərilər üçün ideal bank kartıdır.
Yeni Bankkart Prestij müştərilərə həm kredit, həm də debet kart funksionallığını bir kartda birləşdirərək maksimum rahatlıq yaradır. Kartdan həm ölkə daxilində, həm də xaricdə sürətli və təhlükəsiz ödənişlər etmək mümkündür.
Bankkart Prestij sahibləri aşağıdakı üstünlüklərdən yararlanırlar:
Premium Səyahət Üstünlükləri
Fast Track xidməti – hava limanlarında vaxt itirmədən sürətli keçid
Dünyanın bir çox hava limanlarındakı Biznes Lounge zallarına pulsuz giriş
Hava limanına və ya hava limanından ödənişsiz transfer xidməti
Səyahət sığortası – səyahətləriniz daha təhlükəsiz olsun
Rouminq xidməti – səyahətdə fasiləsiz əlaqə
Rahatlıq və 24/7 dəstək
Onlayn Çatbot və Konsyerj xidməti – istənilən vaxt suallarınıza operativ cavab;
Maliyyə üstünlükləri
Həm kredit, həm də debet kartı TƏK kartda
40 günədək güzəşt müddəti
Restoran və mağazalarda endirimlər və keşbeklər
Kartı əldə etmək istəyən müştərilər şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank   Azərbaycan filiallarına yaxınlaşıb, sifariş edə bilərlər. Mastercard Black Edition statusuna malik Bankkart Prestij 1, 3 və 5 illik müddətə təqdim olunur.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, LinkedIn, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 27 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya