Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
®İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən "Customer Tech Conference" tədbirinə ev sahibliyi edib. Yelo Bank-ın baş ofisində keçirilən konfrans, ölkənin bank sektorundan 50-dən çox rəhbər və mütəxəssisi bir araya gətirərək rəqəmsal ekosistemin gələcəyini müzakirə etmək üçün unikal platformaya çevrilib.
Builki konfransda ən son texnoloji trendlər və tətbiqi gözlənilən yeniliklər diqqət mərkəzində olub. Tədbir iştirakçıları maliyyə xidmətlərini daha sürətli və təhlükəsiz edəcək aşağıdakı strateji mövzular ətrafında fikir mübadiləsi aparıblar:
2026-cı ilin ikinci rübü üçün Mastercard-ın qlobal texnoloji relizləri və onların yerli bazara inteqrasiyası;
Ödənişlərin fərqli vasitəçilər və geniş şəbəkələr üzərindən aparılmasını təmin edən Agent Pay imkanları;
İctimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi və tətbiq olunan müasir tranzit modelləri;
Kiber-təhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müştəri məlumatlarının süni intellektlə qorunması həlləri.
Yelo Bank maliyyə sektorunun inkişafına təkan verən bu cür qlobal təşəbbüsləri dəstəkləməyə və innovasiyaların mərkəzində olmağa davam edəcək.
Debet kartı əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



/ banker.az

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Enerji xərclərinizi "Unibank"la azaldın
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
CV-nin tərtib edilməsi prinsipləri
Necə Bitcoin almaq olar?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Start-up nədir?
İnvestisiyanın necə cəlb etmək olar?