Mərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlar

Mərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlarXəbər verdiyimiz kimi, dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərin realizasiyası məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin iştirakı ilə Dayanıqlı maliyyə üzrə Ekspert Qrupu yaradılmış və həmin Qrup tərəfindən Dünya Bankı ekspertlərinin dəstəyi ilə Mərkəzi Bankının Yaşıl Taksonomiyası (bundan sonra - Taksonomiya) hazırlanmışdır. Taksonomiyada beynəlxalq ən yaxşı təcrübələr, habelə Azərbaycan Respublikası iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmışdır. Taksonomiya iqlim, yaşıl, sosial və ya dayanıqlılıq məqsədlərinə xidmət edən fəaliyyətləri müəyyən edən təsnifat sistemidir. Taksonomiya ətraf mühit məqsədlərinə nail olmağa və yaşıl iqtisadiyyatın inkişafına töhfə verməyə yönəlmiş fəaliyyətlərin siyahısını müəyyən edir.
Bu Taksonomiyada müəyyən edilmiş sektorlar və fəaliyyətlər onların ölkənin ekoloji məqsədlərinə əhəmiyyətli töhfə potensialına malik olub-olmamasına, eləcə də daha geniş ekoloji və sosial dayanıqlılıq məqsədlərinə uyğunluğu meyarları əsasında müəyyən edilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Taksonomiyada əhatə olunan sektorlar aşağıdakılardır:
- Bərpaolunan enerji;
- Enerji səmərəliliyi;
- Su resurslarının dayanıqlı idarə edilməsi;
- Çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət;
- Yaşıl nəqliyyat;
- Dayanıqlı kənd təsərrüftatı, heyvandarlıq və akvakultura;
- Biomüxtəlifliyin mühafizəsi;
- Dairəvi iqtisadiyyat və tullantıların idarə olunması;
- Yaşıl binalar və dayanıqlı tikinti;
- Yaşıl xidmətlər.
Qeyd edilib ki, hər bir sektor üzrə bu fəaliyyətlərin milli hədəflərə, standartlara və ya müəyyən edilmiş hədlərə nail olunmasına necə töhfə verdiyini təsvir edən ölçülər və ya spesifikasiyaların daha da gücləndirilməsi (genişləndirilməsi) nəzərdə tutulur. Milli standartların, siyasətlərin və ya qaydaların mövcud olmadığı hallarda, Taksonomiya müvafiq qlobal təcrübələrə və ölkə nümunələrinə istinad edir.
Taksonomiyanın əsas hədəf istifadəçiləri maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdir. Həmçinin, dövlət orqanları, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları, audit, verifikasiya və sertifikatlaşdırma xidməti göstərən xidmət təminatçıları və digər hüquqi şəxslər taksonomiyadan istifadə edə bilər.
Taksonomiya həm maliyyə, həm də qeyri-maliyyə bazarı iştirakçıları və daha geniş maraqlı tərəflər üçün fəaliyyətin, layihənin, aktivin və ya portfelin Azərbaycan Respublikasının, eləcə də qlobal dünyanın ekoloji və dayanıqlılıq məqsədlərinə uyğunluğunu qiymətləndirmək və açıqlamaq üçün istiqamətləndirici çərçivə rolunu oynayır.
Taksonomiya aşağıdakı məqsədlərin reallaşdırılmasına yönəlmişdir:
- İqlim dəyişikliyinin mitiqasiyası - istixana qazları emissiyasını azaltmaq və ya digər tərəflərin bunu etməsinə dəstək vermək;
-İqlim dəyişikliyinə adaptasiya - fərdlərin, yaxud icmaların iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlığını artıran tədbirlər həyata keçirmək və digərlərinə öz adaptasiya imkanlarını artırmaqda dəstək vermək;
-Su və dəniz ehtiyatlarının dayanıqlı idarə olunması və qorunması - ətraf mühitə zərəri minimuma endirməklə su ehtiyatlarının məsuliyyətli idarə olunmasını və qorunmasını təmin etmək;
-Dairəvi iqtisadiyyata keçid - tullantıların təkrar emalı, dairəvi iqtisadiyyat modellərinin təşviqi, yaxud biobazalı materialların hazırlanması kimi təcrübələr vasitəsilə tullantıları minimuma endirmək və resursların səmərəliliyini artırmaq;
- Çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət - ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən amillər ilə mübarizə aparmaq, o cümlədən tullantıları idarə etmək, havanın çirklənməsini azaltmaq, yaxud çirklənmiş torpağı təmizləmək;
- Biomüxtəlifliyin və ekosistemlərin mühafizəsi və bərpası - təbii yaşayış mühiti və ekosistemləri bərpa etmək, biomüxtəlifliyi qorumaq və dayanıqlı meşəçilik təcrübələrini təşviq etmək.
Taksonomiyanın aktuallığını, effektivliyini, milli və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğunluğunu təmin etmək üçün aşağıdakı prinsiplər rəhbər tutulur:
- Milli prioritetlərə və beynəlxalq öhdəliklərə uyğunlaşma - Taksonomiya mövcud milli qanunları, siyasətləri və qaydaları özündə birləşdirərək, Azərbaycan Respublikasının iqlimini, ətraf mühiti və dayanıqlı inkişaf məqsədlərini əks etdirmək üçün hazırlanmışdır. Bu, Taksonomiya çərçivəsinin Azərbaycan Respublikasının unikal çağırış və imkanlarına uyğunlaşdırılmasını təmin edir.
Taksonomiya həmçinin Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini, o cümlədən Paris Sazişi və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi qlobal çərçivələri nəzərə alır. Taksonomiyaya daxil edilən hər bir sektorun əhatə etdiyi SDG-lər aşağıdakı cədvəldə göstərilmişdir. Bu uyğunlaşma Azərbaycan Respublikasının qlobal iqlim və dayanıqlılıq problemlərinin həllində rolunu gücləndirir.
Yaşıl Taksonomiya üzrə sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olun:
Yaşıl Taksonomiya
Mərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlarMərkəzi Bankın nəzarət etdiyi subyektlər taksonomiyanın əsas istifadəçiləri olacaqlar/ marja.az

Banklar     Tarix: 13 noyabr 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler leobank kart emlak xeberleri valyuta mezennesi rubl mezenne