Məşhur iqtisadçı rəsmi inflyasiya göstəricilərlə razılaşmadı
Johns Hopkins Universitetindən dünyaca məşhur iqtisadçı professor Stiv Hanke, Türkiyə iqtisadiyyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Biznes.az xəbər verir ki, amerikalı iqtisadçı Stiv Hanke, Türkiyədə illik inflyasiyanın 25 faiz olduğunu bildirərək, rəsmi göstəricilərin gerçək vəziyyəti əks etdirmədiyini deyib.
Hanke, Türkiyənin pul siyasətini "uğursuz" adlandıraraq, tətbiq olunan iqtisadi tədbirlərin inflyasiyanı cilovlamaqda təsirsiz qaldığını vurğulayıb.
O, sosial media hesabında paylaşdığı qiymətləndirmələrdə, Türkiyədə inflyasiyanın rəsmi göstəricilərdən daha aşağı ölçüldüyünü, lakin pul siyasətinin idarə olunmasında ciddi problemlərin mövcud olduğunu bildirib.
Həqiqi inflyasiya 25 faizdir
Hanke paylaşımında deyib:
"Bu gün Türkiyədə illik inflyasiyanı 25 faiz olaraq ölçürəm. Bu göstərici rəsmi 33,29 faiz səviyyəsindən xeyli aşağıdır. Mənim yüksək tezlikli ölçmələrim adətən rəsmi məlumatlardan əvvəl gəlir. Görünür, Türkiyənin rəsmi inflyasiya göstəricisi azalmağa davam edəcək".
İqtisadçı həmçinin Fraser İnstitutunun dərc etdiyi 2024 Dünya İqtisadi Azadlıq İndeksinə istinad edərək, Türkiyənin "sabit pul siyasəti" kateqoriyasında 165 ölkə arasında 159-cu yerdə qərarlaşdığını xatırladıb.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?