Mikro və kiçik sahibkarlar üçün yeniliklər olacaq - "Vahid bəyannamə"nin göndərilməsi asanlaşdırılır

Mikro və kiçik sahibkarlar üçün yeniliklər olacaq - Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib ki, mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi inzibatçılığı sadələşdirilir.
Marja.az-ın məlumatına görə, Vahabzadə qeyd edib ki, vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bu məqsədlə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan "Vahid bəyannamə"nin göndərilməsi prosesi asanlaşdırılacaq. Bəyannamə məzmunca geniş olduğundan, əsasən, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklər yarandığı müşahidə olunur. Həmin çətinliklərin aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Layihəyə görə, ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən göndərilən bəyannamənin sadələşdirilmiş interfeys formasında tərtib edilməsi planlaşdırılır ki, bunun üçün də hazırda proqram təminatının hazırlanması istiqamətində işlər aparılır.
Nəzərdə tutulur ki, vergi ödəyicisinin uçot baza məlumatları, həmçinin son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən bəyannamənin məlumat bölmələri avtomatik doldurularaq ödəyiciyə təqdim ediləcək, vergi ödəyicisi məlumatlarla razı olduqda, bəyannaməni təsdiq edib qəbul olunması üçün elektron qaydada vergi orqanına göndərəcək. Əks halda, məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, düzəliş edib bəyannaməni təsdiq edə bilər.
Artıq layihə işləri tamamlanma mərhələsindədir. Proqram təminatı istifadəyə verilməzdən əvvəl vergi ödəyiciləri bəyannamədən istifadəsi qaydası ilə tanış olacaqlar.
Eyni zamanda, sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinə həmin qəbzi xidmət mərkəzlərinə getmədən ödəmə terminalları vasitəsilə alması üçün texniki imkanların yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi vergi ödəyiciləri tərəfindən sabit qəbzin əldə olunmasının sadələşdirilməsi və çevik vergi inzibatçılığının formalaşdırılmasıdır. Vergi ödəyicisi məlumatlarını ödəmə terminallarında daxil edən zaman onun baza - uçot məlumatları, həmçinin öhdəlikləri ekranda əks olunacaq. Terminal vasitəsilə ödəniş etdiyi zaman sabit qəbzi əldə etmiş olacaq.

Maliyyə     Tarix: 11 oktyabr 2023

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb

2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumat

"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"

"Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd


iqtisadi xeberler leobank kart dollar mezenne pul qazanmaq biznes krediti