Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır
Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalına maraq göstərir.
Bu barədə Moldovanın Energetika Nazirliyinə istinadən xəbər verilir.
"Energetika naziri Dorin Cungiyetu Bakıya rəsmi səfəri çərçivəsində aprelin 4-də bir sıra yüksək səviyyəli görüşlər keçirib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə danışıqlar zamanı nazir Moldovanın enerji mənbələrinin şaxələndirilməsində və Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlı olduğunu bildirib", - məlumatda bildirilib.
D.Cungiyetu həmçinin Moldovanın enerji bazarına Azərbaycan şirkətlərindən investisiyaların cəlb edilməsi məsələsini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.
"Biz SOCAR-ın Moldovaya digər ölkələrlə müqayisədə rəqabətqabiliyyətli qiymətlərlə neft məhsulları və təbii qaz ixracı imkanlarını araşdırmağa çalışırıq, bu, enerji daşıyıcılarının əlçatanlığını və təhlükəsizliyini təmin edəcək", - nazir qeyd edib.
O, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığı təşviq etmək və yeni investisiyalar cəlb etmək məqsədilə Moldovanın enerji sektorunda investisiya iqlimi haqqında məlumat mübadiləsinin mümkünlüyü məsələsini qaldırıb.
Xatırladaq ki, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirilib. Bu tədbirlərdə Moldova nümayəndə heyəti də iştirak edib.
Tədbirlər çərçivəsində D.Jungiyetu Moldovanın enerji təhlükəsizliyini təmin etmək üçün təbii qaz təchizatı mənbələrinin daim şaxələndirilməsinin zəruriliyini, həmçinin bərpa olunan enerji istehsalının inkişafı və onun enerji sisteminə inteqrasiyası, eləcə də enerji səmərəliliyinin artırılması proqramlarının dəstəklənməsi üçün beynəlxalq investorlarla əməkdaşlığın vacibliyini vurğulayıb.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?