Morgan Stanley FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı proqnozunu yeniləyib
Qlobal investisiya bankı "Morgan Stanley", ABŞ prezidenti Donald Trampın tarif siyasəti (bir sıra ölkələrdən idxala əlavə gömrük rüsumlarının tətbiqi) ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək, bu il FED tərəfindən faizlərin yalnız 0,25 bənd azaldacağını nəzərdə tutur. Beləliklə, "Morgan Stanley" faiz endiriminin proqnozlaşdırılmasında "Barclays və "Macquarie"yə qoşulub.
Marja xəbər verir ki, "Wall Street" brokeri olan "Morgan Stanley" daha əvvəl mart və iyun aylarında hər birində olmaqla 0,25 bəndlik (cəmi 0,50 faiz bəndi) faiz endirimi gözlədiyini bildirmişdi.
"Goldman Sachs" və "Wells Fargo" kimi banklar isə bu il iki dəfə faiz endirimi gözləməkdə davam edirlər.
İnflyasiya ilə bağlı risklər artır
Prezident Trampın tarif (gömrük rüsumu) siyasətinin inflyasiyanı artıracağı gözlənilir. Bu baş verərsə, ABŞ mərkəzi bankı (FED) inflyasiya təzyiqlərini azaltmağa çalışdığı bir dövrdə, əlavə bir təzyiq yaranacaqdır.
"Morgan Stanley" analitikləri bildiriblər: "Gözlədiyimizdən daha sürətli tariflərin tətbiqi inflyasiyanın daha yüksək tempdə artmasına səbəb ola bilər. Bu, nflyasiyası ilə bağlı qeyri-müəyyənliyi yüksək səviyyədə saxlayacaq və PCE inflyasiya riskini artıra bilər."
FED-in üstünlük verdiyi qiymət göstəricisi olan şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi dekabr ayında bazar gözləntilərinə uyğun olub.
Mərkəzi Bank olan FED yanvar ayında keçirilən iclasında faizlərini 4,25-4,50% aralığında sabit saxlayıb. FED sədri Jerome Powell faizlərin daha da azaldılmasının indi inadkar yüksək inflyasiyanın azaldılmasında daha çox irəliləyişdən asılı olduğunu söyləyib.
"2025-ci ildə pul siyasətinin yolu olduqca qeyri-müəyyən olaraq qalır", - "Morgan Stanley" analitikləri əlavə ediblər. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?