"Morgan Stanley" IPO-lardan qazanıb, "BlackRock"un aktivləri $15,5 trilyona çatdı

ABŞ-da üçüncü rüb üzrə hesabat mövsümündə iri maliyyə şirkətlərinin nəticələri fərqli mənzərə yaradıb. "Morgan Stanley" ilkin kütləvi səhm təkliflərinin (IPO) fəallaşmasından və ticarət gəlirlərinin artmasından faydalanıb, "BlackRock"un idarə etdiyi aktivlər rekord səviyyəyə yüksəlib. "Bank of America"nın nəticələri isə 1,2 milyard dollarlıq cərimənin təsiri altında qalıb.
Banker.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ investisiya bankı "Morgan Stanley"nin sərvətlərin idarə edilməsi bölməsi üçüncü rübdə rekord həcmdə — 232 milyard dollarlıq yeni müştəri aktivi cəlb edib. Bunun təxminən yarısı ABŞ kosmik texnologiyalar şirkəti "SpaceX"in yerləşdirilməsi də daxil olmaqla IPO-larla bağlı olub.
Bank şirkətlərin işçilərinə səhmlərlə mükafatlandırma proqramlarına xidmət göstərir. Səhmlərin satışına qoyulan məhdudiyyətlər bitdikdən sonra əməkdaşların əldə etdikləri vəsaitləri banka idarəetməyə verməsi əlavə axın yarada bilər. Bölmənin rüblük gəliri illik müqayisədə təxminən 11% artaraq 8,2 milyard dollardan 9,1 milyard dollara çatıb.
"Morgan Stanley"nin maliyyə direktoru Şeron Yeşaya IPO bazarında yavaşlama gözləmədiyini bildirib. "Bloomberg"in məlumatına görə, bank süni intellekt şirkətləri "Anthropic" və "OpenAI"ın mümkün birja yerləşdirmələrində də əsas rollardan birini ala bilər.
Bankın səhm ticarətindən gəliri illik 41% artaraq 5,8 milyard dollar olub və analitiklərin 4,9 milyard dollarlıq gözləntisini üstələyib. Asiyada investor fəallığı və törəmə maliyyə alətləri ilə əməliyyatların genişlənməsi artımı dəstəkləyib. Ümumi ticarət gəliri isə 24% yüksələrək 7,81 milyard dollara çatıb. Bazarın gözləntisi 7,31 milyard dollar idi.
Dünyanın ən böyük aktiv idarəçisi olan ABŞ şirkəti "BlackRock" üçüncü rübdə 205 milyard dollar yeni vəsait cəlb edib. Bunun 135 milyard dolları "iShares" birja fondlarının, o cümlədən 22 milyard dolları aktiv idarə olunan ETF-lərin payına düşüb. Şirkətin idarə etdiyi aktivlər illik 15% artaraq rekord 15,5 trilyon dollara çatıb.
Bazar qiymətlərindəki dəyişikliklərin təsiri nəzərə alınmadan, yeni vəsait axını hesabına idarəetmə üzrə baza komissiya gəlirlərinin artımı 11% təşkil edib. Şirkətin ümumi gəliri 19%, düzəliş edilmiş səhmbaşına mənfəəti isə 38% yüksələrək analitiklərin gözləntilərini üstələyib. Özəl kreditləşmə və infrastruktur layihələri də daxil olmaqla alternativ aktivlərin həcmi 800 milyard dollara çatıb.
ABŞ-ın ikinci ən böyük bankı "Bank of America"nın səhmləri isə hesabatın açıqlanmasından sonra təxminən 5% ucuzlaşıb. İnvestorların reaksiyasına səbəblərdən biri bankın şübhəli əməliyyatları aşkarlamaq və mümkün maliyyə cinayətləri barədə məlumat vermək sistemlərindəki çatışmazlıqlara görə 1,2 milyard dollar cərimələnməsi olub.
Bankın baş icraçı direktoru Brayan Moynihan problemlərin aradan qaldırılmasına milyardlarla dollar yatırıldığını və əlaqəli xərclərin artıq nəzərə alındığını bildirib. Bununla belə, cərimə çıxıldıqda da nəticələr analitiklərin gözləntilərindən aşağı olub. Bank rübü 6,9 milyard dollar xalis mənfəətlə başa vurub.
ABŞ bankı "JPMorgan"ın analitiki Vivek Cuneca məsələni reputasiya və etimad problemi kimi qiymətləndirib. İnvestorlar əlavə xərclərin və yeni tənzimləyici tələblərin yaranıb-yaranmayacağını izləyirlər.

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

"Kapital Bank" 9 ayda 297 milyon manat xalis mənfəət əldə edib

"Kapital Bank" ASC 2026-cı ilin 9 ayını 297 milyon 4 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bankın mənfəəti 229 milyon 129 min manat olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.6

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 22

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

"Morgan Stanley" IPO-lardan qazanıb, "BlackRock"un aktivləri $15,5 trilyona çatdı

ABŞ-da üçüncü rüb üzrə hesabat mövsümündə iri maliyyə şirkətlərinin nəticələri fərqli mənzərə yaradıb. "Morgan Stanley" ilkin kütləvi səhm təkliflərinin (IPO) fəallaşmasından və ticarət gəlirlərinin artmasında

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib

Digər yerli bankla birləşmə ərəfəsində "AccessBank" QSC 2026-cı ilin yanvar-sentyabr aylarını 45,25 milyon manat xalis mənfəətlə başa vurduğunu açıqladı. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 35,62 milyon manatl

İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb

2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunmuşdur. 2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2% (2 mln. manat) artaraq 123 mln. manat

"Xalq Bank"ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb

Azərbaycanın ən böyük özəl banklarından biri olan "Xalq Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 24 milyon 73 min manat xalis mənfəətlə başa vurub. Bankın kredit portfeli 63,5 milyon manat artaraq 1,91 milyar


iqtisadi xeberler valyuta kurslari emlak xeberleri pul qazanmaq bank faizleri